DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan matçında ilk hissə yekunlaşıb.
Paris şəhərində yerləşən “Park de Prens” stadionunda baş tutan qarşılaşmada hesab 45+1-ci dəqiqədə açılıb. Meydan sahiblərinin hücumçusu Kilian Mbappe fərqlənərək Fransa yığmasını önə keçirib.
Matçın ikinci hissəsində Azərbaycan millisinin geridönüş üçün şansı qalır.
***
Fransa – Azərbaycan oyunu başladı
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa və Azərbaycan milli komandaları arasında oyun artıq start götürüb.
Görüş Parisdə yerləşən “Park de Prens” stadionunda keçirilir. Matçın baş hakimi Norveçdən olan Rohit Saqqidir.
Qarşılaşma qrupda vəziyyətə ciddi təsir göstərə biləcək əhəmiyyətli oyunlardan biri hesab olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?