Gundemxeber.az » Dünya » Türkiyədəki bu tarixi abidə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda yerləşən tarixi Kadıkalesi (Anaia) UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Gundemxeber.org xəbər verir ki, Aydın Vilayət Mədəniyyət və Turizm İdarəsinin yaydığı məlumata görə, tarixi abidə “Aralıq dənizindən Qara dənizə qədər Ceneviz ticarət marşrutu üzərində yerləşən qalalar və divarlı yaşayış məntəqələri” adlı nominasiya dosyesi çərçivəsində UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına qəbul olunub.
Qeyd edilib ki, Kadıkalesi arxeoloji əhəmiyyəti, strateji coğrafi mövqeyi və zəngin mədəni irsi ilə Türkiyənin UNESCO Dünya İrsi statusuna namizəd olan ən mühüm tarixi məkanlarından biri hesab edilir.
Hazırda Kadıkalesidə aparılan arxeoloji qazıntılar Muğla Sıtkı Koçman Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət tarixi kafedrasının dosenti Suna Çağaptayın rəhbərliyi ilə davam etdirilir.
Mütəxəssislərin fikrincə, aparılan arxeoloji tədqiqatlar və bərpa işləri Kadıkalesinin gələcəkdə UNESCO-nun Dünya İrs Siyahısına tam şəkildə daxil edilməsinə mühüm töhfə verəcək.
1-07-2016, 19:59
2-12-2015, 15:35
20-12-2012, 13:23
6-06-2018, 21:39
23-08-2018, 11:15
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?