Gundemxeber.az » Dünya » 97 yaşında göylərə meydan oxudu – təyyarənin qanadında dünya rekordu
97 yaşlı britaniyalı Betti Bromic qeyri-adi addımı ilə yenidən dünya rekorduna imza atıb.
Gundemxeber.org xəbər verir ki, Betti Bromic “wing walking” – uçuş zamanı təyyarənin qanadı üzərində dayanmaq üzrə Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi öz rekordunu yeniləyib. O, bu rekordu ilk dəfə dörd il əvvəl müəyyənləşdirmişdi.
97 yaşlı qadının budəfəki uçuşu həm də xeyriyyə məqsədi daşıyıb. Aksiya vasitəsilə Çeltenham xəstəxanasının insult şöbəsi üçün vəsait toplanıb. Betti Bromic özü də 2025-ci ildə insult keçirdikdən sonra məhz həmin xəstəxanada müalicə olunub.
Yaşına baxmayaraq, ekstremal uçuşlardan çəkinməyən qadın son 10 ildə artıq altı dəfə təyyarənin qanadı üzərinə çıxıb.
Betti Bromic BBC-yə açıqlamasında bunu belə izah edib:
“Yoxsa yaşamaq mənim üçün sadəcə darıxdırıcı olardı. Avtomobil idarə edə bilmirəm, görmə qabiliyyətim zəifdir və tez-tez əsəbiləşirəm. Buna görə də hələ bacardığım işləri görmək istəyirəm”.
Gundemxeber.org
11-05-2020, 14:00
19-11-2013, 04:59
30-05-2013, 01:20
8-03-2023, 23:21
31-10-2014, 15:26
Sorğu
Yeni dizaynımız necədir?