Gundemxeber.az » Dünya » Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Fransanın xarici işlər naziri Jan-Noel Barro 2027-ci ildə keçiriləcək prezident seçkisi ərəfəsində bu ölkənin heç bir xarici müdaxilə cəhdinə dözməyəcəyini bildirib.
Gundemxeber.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında açıqlama yayıb.
Nazirin bəyanatı “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melanşonun hökuməti xarici təsirlərə qarşı kifayət qədər qətiyyətli olmamaqda ittiham etməsindən sonra səslənib.
Qeyd edək ki, son günlər prezidentliyə namizədlər Eduard Filip, Rafael Qlüksmann və Qabryel Attal Rusiyayönümlü şəbəkələrlə əlaqələndirilən dezinformasiya kampaniyalarının hədəfinə çevriliblər.
Belə ki, Eduard Filipin səhhəti ilə bağlı yalan məlumatlar yayılıb. Rafael Qlüksmannın jurnalist həyat yoldaşının onun namizədliyini dəstəkləmək üçün mediaya təsir göstərməyə çalışdığı bildirilib. Qabryel Attal isə parkinson xəstəliyinə tutulduğu iddiası ilə hədəfə alınıb.
Fransa hakimiyyəti bunun xaricdən idarəolunan, seçki prosesinə təsir göstərməyə yönəlmiş koordinasiyalı informasiya manipulyasiyası olduğunu açıqlayıb.
Gundemxeber.az
3-02-2020, 14:33
21-01-2018, 21:25
23-08-2024, 22:30
15-12-2013, 18:51
26-11-2020, 14:54
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?