Gundemxeber.az » Dünya » Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları Qırmızı dəniz sahilində strateji əhəmiyyətə malik Mokha limanına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər.
Gundemxeber.org xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalı Yəmən hərbi mənbələrinə istinadla məlumat yayıb. Hücuma görə məsuliyyəti üzərinə götürən husilər liman ərazisində Səudiyyə Ərəbistanını dəstəkləyən qüvvələrin hərbi bazasını hədəf aldıqlarını iddia ediblər.
Ölkənin cənub-qərbindəki Taiz əyalətində yerləşən və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinin nəzarətində olan limanın infrastrukturuna dəyən ziyan və ya baş vermiş mümkün insan itkiləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Gundemxeber.org
7-08-2026, 10:20
3-04-2015, 13:24
13-05-2019, 11:10
19-11-2017, 17:26
14-01-2018, 15:42
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?