Gundemxeber.az » Dünya » Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib
Çin “Delfin” qasırğası ilə əlaqədar Şanxay da daxil olmaqla ölkənin şərqində bir milyondan çox insanı evlərindən təxliyə edib.
Gundemxeber.az BBC-yə istinadən xəbər verir ki, meteorologiya rəsmilərinin bildirdiyinə görə, tayfun yerli vaxtla saat 17:30-da (GMT 09:30) Çinin Çjetsian (Zhejiang) əyalətinin Yuhuan bölgəsinə ilk dəfə çatarkən küləyin maksimum sürəti saatda 150 km-ə (94 mil/saat) çatıb.
Qasırğa bütün regionda nəqliyyatın hərəkətini iflic edib. Belə ki, təkcə Şanxayda 1400 aviareys ləğv olunub. Çin rəsmiləri daha əvvəl "Delfin" qasırğası ilə bağlı ən yüksək səviyyəli — "qırmızı" xəbərdarlıq elan etsələr də, bazar ertəsi səhər saatlarında onun statusunu tropik qasırğa səviyyəsinə endiriblər.
Qasırğa hazırda Çinin daxili rayonlarına doğru irəliləyir və hakimiyyət orqanları çərşənbə gününə qədər leysan yağışları, güclü daşqınlar və torpaq sürüşməsi riski barədə xəbərdarlıq edir.
Bu gün Şandun, Henan, Hubey, Anhoy, Tszyansu, Çjetsian əyalətlərində və Şanxay şəhərində güclü yağışların yağacağı proqnozlaşdırılır.
Gundemxeber.az
10-07-2016, 15:25
21-06-2021, 09:57
2-09-2019, 14:02
27-08-2017, 10:22
17-09-2016, 20:18
Sorğu
Yeni dizaynımız necədir?