Gundemxeber.az » Dünya » Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizinin akvatoriyasında, Ataş çimərliyi yaxınlığında yağ ləkələri aşkarlanıb.
Gundemxeber.org Kazinform agentliyinə istinadla xəbər verir ki, ləkələrin aşkarlanması barədə məlumat avqustun 8-də daxil olub. Manqistau vilayətinin Ekologiya Departamentinin mütəxəssisləri Ataş çimərliyində və Xəzər dənizinin ona bitişik akvatoriyasında monitorinq aparıblar.
Monitorinq zamanı dəniz suyundan nümunələr götürülərək laboratoriya müayinəsinə göndərilib.
Hazırda Ataş çimərliyi ərazisində və ona bitişik dəniz akvatoriyasında monitorinq işləri davam etdirilir.
Ekoloqlar dənizdə fəaliyyət göstərən gəmilərin heyətlərinə ekoloji tələblərə ciddi riayət etməyin və neft məhsullarının dəniz suyuna düşməsinə yol verməməyin vacibliyini xatırladıblar.
Vəziyyət Manqistau vilayətinin Ekologiya Departamentinin nəzarətindədir.
Gundemxeber.org
4-08-2020, 17:46
30-07-2019, 15:41
24-05-2018, 16:44
21-02-2020, 11:30
2-08-2019, 09:39
Sorğu
Yeni dizaynımız necədir?