Gundemxeber.az » Dünya » Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir
Şimali Koreya Rusiyanın silahla təchizatını davam edir və müharibədə qazanılan təcrübə rəsmi Pxenyana raket qabiliyyətlərini artırmağa imkan verə bilər.
Gundemxeber.org xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün axşam videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq genişlənir. Rəsmi Pxenyan təkcə Moskvanı silahla təmin etmir, həm də Ukraynaya qarşı müharibədəki təcrübə sayəsində hərbi sahədə inkişafını təkmilləşdirmək imkanı qazanır.
"Təsəvvür edin, Rusiya Şimali Koreyadan əlavə ballistik raketlər alıb. Dünyanın hər yerində bunun nə demək olduğunu başa düşməlidirlər", - deyə o vurğulayıb.
Ukrayna Prezident diqqətə çatdırıb ki, bu cür əməkdaşlığın nəticələri Ukraynadan kənara da yayıla bilər. Şimali Koreya silahlarından davamlı istifadənin Asiya-Sakit okean regionundakı digər ölkələr üçün əlavə risklər yaratması mümkündür.
Gundemxeber.org
18-08-2014, 10:19
6-07-2017, 15:08
9-07-2016, 11:07
11-06-2017, 22:49
13-02-2017, 00:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?