Gundemxeber.az » Dünya » Anomal istilər və quraqlıq: Avropa iqtisadiyyatını nə gözləyir?
Niderlandda yerləşən “Triodos Bank”ın araşdırmasına görə, bu yay Avropada müşahidə olunan anomal hava şəraiti və uzunmüddətli quraqlıq Avropa İttifaqı (Aİ) iqtisadiyyatına təxminən 180 milyard avro zərər vuracaq və əvvəlcədən proqnozlaşdırılan iqtisadi artımı aradan qaldıracaq.
Gundemxeber.org xəbər verir ki, “Triodos Bank” Avropada anomal isti hava şəraitinin iqtisadi təsirləri ilə bağlı “İsti Yay İqtisadiyyatı” adlı araşdırmasını yayımlayıb.
Araşdırmada qeyd olunub ki, Avropada rekord istilər və uzunmüddətli quraqlıq insan sağlamlığı və ekosistemlərlə yanaşı, kənd təsərrüfatına, enerji sektoruna, nəqliyyata və əmək məhsuldarlığına da mənfi təsir göstərir.
“Triodos Bank”ın yeni təhlilinə görə, yay aylarında müşahidə olunan ekstremal hava şəraiti 2026-cı ildə Aİ-nin Ümumi Daxili Məhsulunu (ÜDM) təxminən 1 faiz azalda bilər. Bu, təxminən 180 milyard avroya bərabərdir və nəticədə il üzrə əvvəlcədən proqnozlaşdırılan iqtisadi artım faktiki olaraq aradan qalxacaq”, – araşdırmada bildirilib.
Araşdırma göstərib ki, həddindən artıq istilərin iqtisadiyyata ən böyük təsiri əmək məhsuldarlığının azalmasından qaynaqlanır. Qeyd olunub ki, temperatur təxminən 25–30 dərəcəni keçdikdən sonra işçilərin məhsuldarlığı nəzərəçarpacaq dərəcədə azalır. Bu təsir xüsusilə fiziki güc tələb edən işlərdə çalışanlara, açıq havada işləyənlərə və kondisioner sistemi olmayan iş yerlərində çalışanlara daha ciddi təsir göstərir. Araşdırmada, həmçinin bildirilib ki, ekstremal istilər ofis işçilərinin fəaliyyətinə və yuxu keyfiyyətinə də mənfi təsir göstərə, isti günlərdə işə çıxmama hallarının artmasına səbəb ola bilər. 2026-cı ilin yayında yüksək temperaturun əmək məhsuldarlığının azalması səbəbindən Aİ-nin ÜDM-də orta hesabla təxminən 0,6 faiz itkiyə səbəb olacağı proqnozlaşdırılır.
Araşdırmada anomal istilər və quraqlıq səbəbindən Aİ-də kənd təsərrüfatı istehsalının 3–7 faiz azalmasının gözlənildiyi bildirilib. Ərzaq qiymətlərinin artması, enerji istehsalında məhdudiyyətlər, elektrik enerjisinin bahalaşması, həmçinin avtomobil yolları, dəmir yolları və daxili su yollarında yaranan fasilələrin iqtisadi zərəri daha da artırdığı qeyd edilib.
Araşdırmaya görə, həddindən artıq isti havadan ən çox Fransanın təsirlənəcəyi gözlənilir. Təkrarlanan isti hava dalğalarının ölkənin ÜDM-ni təxminən 1,4 faiz azaldacağı və bunun nəticəsində Fransa iqtisadiyyatının illik 0,6 faiz daralmasına səbəb olacağı proqnozlaşdırılır.
Araşdırmada İtaliya, İspaniya və Belçikada da əhəmiyyətli iqtisadi itkilərin gözlənildiyi bildirilib.
Yeri gəlmişkən, Avropa Komissiyası bu il Aİ iqtisadiyyatının 1,1 faiz artacağını proqnozlaşdırmışdı.
Gundemxeber.org
2-07-2019, 13:17
10-07-2018, 23:10
Dünən, 15:48
25-12-2019, 16:14
3-08-2015, 16:05
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?