GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Zəmanəmizin yeni kosmik yarışı

Zəmanəmizin yeni kosmik yarışı

Tarix: Bu gün, 14:47 Bölmə :Dünya Baxış: 0

Bu yazımızda süni intellekt dövrünün ən maraqlı layihələrindən biri olan kosmos əsaslı məlumat mərkəzləri haqqında məlumat verəcəyik.  Çin aprel ayında Yer kürəsindən 800 kilometr yüksəklikdə məlumat mərkəzləri qurmaq üçün beşillik planını açıqlayıb. İlon Mask da may ayında bənzər planlarını bəyan edərək "SpaceX"in orbital məlumat mərkəzi hədəflərini maliyyələşdirmək üçün intensiv vəsait toplamağa başlayıb.

Mütəxəssislər bu sahədəki inkişafı süni intellekt infrastrukturunun Yer kürəsindəki məhdudiyyətlər olmadan genişlənə biləcəyi kosmik mühitdə məlumat mərkəzləri qurmaq üçün strateji addım kimi qiymətləndirirlər.

Qeyd edək ki, dünyadakı məlumat mərkəzləri süni intellektin doymaq bilməyən enerji ehtiyacı səbəbindən böyük təzyiq altında işləyir. Böyük süni intellekt modellərinin təlimi ildə yüz minlərlə evin elektrik ehtiyacını qarşılayacaq qədər enerji tələb edir. Hətta məlumat mərkəzlərinə yaxın bölgələrdə elektrik enerjisinin qiyməti son beş ildə 267 faiz artıb. Orta hesabla 100 meqavatlıq məlumat mərkəzi gündə 6500 təsərrüfatın gündəlik su istehlakına bərabər su sərf edir.

Kosmos boşluğu isə sonsuz günəş enerjisi və passiv soyutma imkanı yaradır. İlon Mask "Starlink V3" peykləri ilə dörd-beş il ərzində yüksək Yer orbitinə 100 giqavat güc təmin etməyi planlaşdırır. "Google" da "Project Suncatcher" təşəbbüsü ilə 2027-ci ildə öz prototip peykini orbitə buraxacaq.

Məlumata görə, kosmosda soyutma ventilyatoru və ya su olmadan passiv soyutma mümkündür. Hətta xüsusi lazerlər peyklər arasındakı məlumatları fiber-optikdən daha sürətli ötürür. Bu isə süni intellekt modellərinin daha sürətli təlimi və qeyri-məhdud şəkildə böyüməsi deməkdir.

"Google"un baş icraçı direktoru Sundar Piçay on il ərzində kosmos əsaslı məlumat mərkəzlərinin bugünkü bulud serverləri qədər adiləşəcəyini proqnozlaşdırır. "ChatGPT" tərtibatçısı olan "OpenAI" də daxil olmaqla, bir çox başqa şirkət süni intellekt dövründə inkişaf etmək üçün orbital məlumat mərkəzlərinə investisiya qoyur.

Böyük süni intellekt şirkətlərinin nümayiş etdirdiyi nikbinliyə baxmayaraq, bir çox mütəxəssis orbitdə süni intellektə gedən yolun maneələrlə dolu olduğunu bildirir. Avstriyadakı Avropa Kosmik Siyasət İnstitutunun elmi işçisi Cermeyn Qutyerres qeyd edir ki, kosmosda termal idarəetmə süni intellekt şirkətlərinin qarşılaşacağı ən mühüm çətinlikdir. O, bunu belə izah edir: "Orbitdə istiliyi radiasiya vasitəsilə uzaqlaşdırmalısınız. Süni intellektin təlimi zamanı yaranan güc sıxlıqlarında bu istiliyi kənarlaşdırmaq, sadəcə daha böyük bir soyuducu istifadə etməklə həll olunmayan böyük bir struktur probleminə çevrilir."

Orbitə buraxılma xərcləri orbital məlumat mərkəzləri üçün digər bir çətinlik yaradır. Qutyerresin sözlərinə görə, "Starship" kimi təkrar istifadə edilə bilən raketlər sayəsində daşınma qiymətləri kiloqram üçün təxminən 200 dollara düşənə qədər, bu xərclər problem olaraq qalacaq.

Enerji istehsalı orbital tutulmalarla mübarizə aparmaq üçün nəhəng günəş panelləri və batareyalar tələb edir. Radiasiya isə elektron hissələri sıradan çıxara bilər, bu da əlavə qorunma və yaranacaq xətalara davamlı proqram təminatı deməkdir. Bu çətinliklər aradan qaldırıla bilər, lakin birdən-birə həll olunmaları çətindir.

Qutyerres proqnozlaşdırır ki, başlanğıc mərhələ 2027-ci ildə başlayacaq. Lakin böyük miqyaslı süni intellekt təlim müəssisələri onilliklər sonra qurulacaq.

Kosmik məlumat mərkəzləri ekoloji cəhətdən əhəmiyyətli dərəcədə üstünlük təmin edəcək kimi görünsə də, reallıq o qədər də sadə deyil.

Qutyerres üç ekoloji üstünlüyə diqqət çəkir: daimi günəş enerjisi dünyadakı enerji şəbəkələrini yükləməyəcək, radiasiya ilə soyutma şirin su istifadəsini aradan qaldıracaq, orbitdəki qurğular isə dünyada hazırda bu iş üçün istifadə olunan geniş ərazilərin boşalmasına şərait yaradacaq.

Lakin orbital məlumat mərkəzləri tam bir ekoloji həll təqdim etmir. Qutyerres raket istehsalından qaynaqlanan ilkin tullantılar, artan buraxılış sayı və kosmik tullantılar kimi dəyişən ekoloji təsirlər barədə narahatlığını dilə gətirir. "Əgər yerüstü məlumat mərkəzləri onsuz da təmiz enerji və qabaqcıl soyutma sistemləri ilə işləyirsə, bu mərkəzləri planetdən kənara çıxarmağın faydası azalır", – deyə o bildirirb.

Görünən odur ki, kosmos əsaslı məlumat mərkəzləri həyəcanverici gələcək vəd edir, lakin qarşıda dəf edilməli olan ciddi texniki və ekoloji çətinliklər var.

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlon Mask: "Süni intellekt artıq insanlıq tərəfindən toplanmış bütün məlumatları tükədib"

    İlon Mask: "Süni intellekt artıq insanlıq ...

    10-01-2025, 11:38

  • 
  • Süni intellektin qiymətli metala qlobal təsiri açıqlanıb

    Süni intellektin qiymətli metala qlobal təsiri ...

    24-09-2024, 21:33

  • 
  • AK süni intellektə 200 milyard avro investisiya səfərbər etmək üçün təşəbbüs başladır

    AK süni intellektə 200 milyard avro investisiya ...

    11-02-2025, 19:22

  • 
  • Su Ehtiyatları Agentliyinin süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olunub

    Su Ehtiyatları Agentliyinin süni intellekt əsaslı ...

    Dünən, 12:08

  • 
  • Süni intellekt “iPhone”da aktivləşəcək – Gizlilik artırılacaq

    Süni intellekt “iPhone”da aktivləşəcək – Gizlilik ...

    18-04-2024, 23:40


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (330)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu