Gundemxeber.az » Dünya » Alimlər gündəlik qəhvə limitini açıqlayıblar
Amerika Ürək Assosiasiyasının yeni açıqlamasına əsasən, gündə beş fincana qədər qara qəhvə içmək insult, ürək çatışmazlığı daxil olmaqla, müxtəlif ürək-damar problemləri riskini azalda bilər. Ürək xəstəlikləri ABŞ-da ölümün əsas səbəbi olub, hər il 919 000-dən çox insanın həyatına son qoyur. Kofeinli içkilərin müntəzəm istehlakı həmçinin demensiya və xərçəng riskinin azalması ilə əlaqələndirilir.
Bununla belə, assosiasiya xəbərdarlıq edib ki, beş fincandan çox qəhvə içmək sağlamlığa zərər verə bilər. Daha yüksək miqdarlar qıcolmalara, qan təzyiqinin qəfil yüksəlməsinə və tənəffüs problemlərinə səbəb ola bilər.
Enerji içkilərinə qarşı da diqqətli olmaq lazımdır Bu məhsulların hər 30 millilitrində 40 ilə 69 milliqram arasında kofein ola bilər. Bu, standart 240 millilitrlik bir fincan qəhvədəki kofein miqdarından üç-dörd dəfə çoxdur.
Amerika Ürək Assosiasiyasının açıqlamasına görə, enerji içkiləri, batonlar, gellər və kofein əsaslı əlavələr tez-tez kofeinin sorulmasını gücləndirə, onun orqanizmə təsirini sürətləndirə, qan təzyiqini artıra bilər.
Assosiasiya əlavə edib ki, müxtəlif kofein məhsullarının sağlamlığa təsirlərini araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.
Assosiasiya tərəfindən yayılan açıqlamada Kaliforniya Universitetinin tibb professoru Qreqori Markus izah edib ki, bir şəxs üçün məqbul olan miqdar, başqa birində ürək döyüntüsü, narahatlıq və ya yuxu pozğunluğu kimi arzuolunmaz təsirlərə səbəb ola bilər.
Buna görə də, orqanizminizin kofeinə necə reaksiya verdiyinə diqqət yetirmək və sizin üçün uyğun olanı müəyyən etmək məqsədilə tibb mütəxəssislərinizlə məsləhətləşmək vacibdir. ABŞ-nın Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edir ki, bəzi insanlar üçün cəmi bir neçə fincan qəhvə ürək döyüntüsünün artması, ürək çırpınması, yüksək qan təzyiqi, yuxusuzluq, narahatlıq, ürəkbulanma və mədə pozğunluğu, baş ağrısı və əsmə kimi simptomlara səbəb ola bilər. Təxminən 1200 milliqram qəbul edildikdə qıcolma kimi toksik təsirlər yarana bilər.
Gundemxeber.org
14-06-2019, 11:00
19-11-2013, 00:32
7-08-2026, 13:35
7-02-2025, 23:08
24-04-2016, 23:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?