Gundemxeber.az » Dünya » Möhsün Rezai: İran heç bir təhdid qarşısında öz hüquqlarından geri çəkilməyəcək
İran heç bir təhdid qarşısında öz hüquqlarından geri çəkilməyəcək.
Bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Möhsün Rezainin vəzifəyə təyin olunmasından sonra yayımlanan ilk mesajında bildirilib.
Təyinatına görə İranın Ali Rəhbərinə təşəkkür edən Rezainin sözlərinə görə, bu gün İran İslam Respublikası müasir tarixinin kritik və həlledici bir mərhələsindədir.
“Bir daha vurğulamaq lazımdır ki, İran İslam Respublikası xalqının hüquq və mənafelərinə qarşı heç bir təhdid qarşısında geri çəkilməyəcək və bu baxımdan bu sahədə qərarlar əvvəlkindən daha güclü, vəziyyəti dəqiq bilməklə və cəsarətlə verilməlidir”, - o qeyd edib.
Rezai ölkənin istənilən təhdidə qarşı hazırlığının qorunacağını vurğulayıb.
Gundemxeber.org
6-01-2020, 12:03
20-11-2019, 16:33
12-02-2026, 12:58
16-06-2021, 10:24
11-04-2013, 10:04
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?