Gundemxeber.az » Dünya » Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb
Rusiyanın Zaporojyeyə endirdiyi ballistik zərbə nəticəsində “Zaporojstal” metallurgiya kombinatının fəaliyyəti tam dayandırılıb.
Bu barədə "RBK-Ukrayna" kombinatın məxsus olduğu “Metinvest” qrupunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə zamanı 7 müəssisə əməkdaşı ölüb, daha 21 nəfər yaralanıb.
Ballistik raket zərbəsi hava həyəcanı elan edildikdən dərhal sonra sığınacağa gedən işçiləri yolda yaxalayıb. Həlak olanların hamısının müəssisənin əməkdaşları olduğu bildirilib.
Hücum nəticəsində enerji infrastrukturu, əsas və yardımçı koks və domna istehsalı sahələri, eləcə də digər istehsal gücləri zədələnib.
“Metinvest”in məlumatına görə, “Zaporojstal”ın fəaliyyəti tamamilə dayandırılıb, digər istehsal müəssisələri isə azaldılmış güclə işləyir.
Hazırda mütəxəssislər hücumun nəticələrini, müəssisənin fəaliyyətinin bərpası imkanlarını və bunun üçün tələb olunan müddəti qiymətləndirir, həmçinin qəza-bərpa işləri aparırlar.
Gundemxeber.org
16-07-2016, 11:13
1-10-2015, 23:26
2-06-2026, 13:53
21-04-2017, 18:03
10-09-2025, 23:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?