Gundemxeber.az » Dünya » Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır
ABŞ “Amerika Qalxanı” alyansında yer alan müttəfiqlərinin hərbi imkanlarının artırılmasına dəstək verməyə hazırdır və onlardan müdafiə xərclərini artırmalarını gözləyir.
Gundemxeber.org xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamada alyansın fəaliyyətinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-nin NATO üzrə müttəfiqləri birgə müdafiə ilə bağlı öhdəliklərini əhəmiyyətli dərəcədə artırıblar və “Amerika Qalxanı”nın kartellərlə mübarizə aparan üzvləri də bu nümunəni izləməlidirlər.
“ABŞ Müdafiə Nazirliyi hərbi imkanlarınızı artırmaq üçün sizə dəstək verməyə hazırdır. Lakin biz sizdən də öz potensialınıza əhəmiyyətli investisiyalar yatırmağınızı gözləyirik”, - deyə nazir vurğulayıb.
Heqset qeyd edib ki, ölkələr müdafiənin təmin edilməsinə ciddi yanaşarsa, Pentaqon onların hərbi potensialının gücləndirilməsini və birgə hərbi əməliyyatlarda iştirakını prioritet hesab edəcək.
Pit Heqset ABŞ administrasiyasının faktiki olaraq Monro doktrinasına qayıtmağa hazırlaşdığını da təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton narkoterrorizm və xarici qüvvələrdən irəli gələn təhdidlərə qarşı “öz yarımkürəsini” qoruyacaq və rəqiblərinin burada hərbi qüvvələr yerləşdirməsinə imkan verməyəcək.
Qeyd edək ki, “Amerika Qalxanı” ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatlar məqsədilə yaratdığı alyansdır. Alyansa qoşulmaq istəyən ölkələr arasında Kolumbiya və Peru da var.
Gundemxeber.org
Bu gün, 08:37
25-08-2013, 11:22
24-04-2025, 15:46
13-08-2014, 00:34
29-10-2018, 06:51
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?