Gundemxeber.az » Dünya » ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.
Gundemxeber.org xəbər verir ki, bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.
Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib və ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyur.
Gundemxeber.org
2-10-2019, 11:44
6-12-2014, 23:42
12-09-2013, 12:49
4-05-2021, 12:33
28-03-2014, 10:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?