Gundemxeber.az » Dünya » Pakistanda hərbi əməliyyatlar zamanı 17 silahlı öldürülüb
Pakistanın cənub-qərbində keçirilən iki ayrı hərbi əməliyyat nəticəsində 17 silahlı öldürülüb, bir neçə nəfər isə yaralanıb.
Bəlucistan əyalətinin Xuzdar rayonundakı Şor Barud dağlıq ərazisində keçirilən əməliyyatda 10 silahlı öldürülüb.
Eyni əyalətin Lajay bölgəsində aparılan digər əməliyyatda isə 7 silahlı məhv edilib. Təhlükəsizlik qüvvələri əməliyyatlar zamanı çoxlu sayda müasir silah, döyüş sursatı və digər avadanlıq aşkarlayıb.
Yerli mənbələr bildiriblər ki, silahlılara aid olduğu ehtimal edilən iki avtomobil və bir motosiklet də ələ keçirilib, onların gizləndiyi sığınacaqlar dağıdılıb.
Bəlucistan uzun illərdir Pakistanın təhlükəsizlik və hərbi obyektlərinə hücumlar həyata keçirən silahlı qrupların fəal olduğu bölgələrdən biri hesab olunur.
Gundemxeber.org
7-07-2016, 18:46
24-07-2013, 11:28
28-05-2017, 12:43
23-06-2017, 13:14
20-02-2020, 10:42
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?