Gundemxeber.az » Dünya » Türkiyədə din arxasında gizlənənlər, bircə ünvandan 200 kilo külçə qızıl çıxdı
Türkiyədə “Alihan Kuriş cinayət təşkilatı” işi çərçivəsində aparılan istintaq zamanı bir ünvanda mənşəyi məlum olmayan 200 kiloqram külçə qızıl aşkarlanıb.
Gundemxeber.org-ın xarici KİV-ə istinadən məlumatına görə, Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan əməliyyat zamanı həbsdə olan Alihan Kurişin qardaşı, axtarışda olan Hilmi Tuna Kurişlə bağlı yoxlamalar çərçivəsində sözügedən ünvanda axtarış aparılıb.
Aşkarlanan qızılın ümumi dəyərinin təxminən 1,34 milyard türk lirəsi olduğu bildirilir. Qızılın mənbəyi ilə bağlı araşdırma davam etdirilir.
İstintaq çərçivəsində daha əvvəl 38 şübhəli saxlanılıb. Onlardan 32-si məhkəmə qərarı ilə həbs edilib, 6 nəfər barəsində isə ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri seçilib.
Gundemxeber.org-
19-08-2016, 00:20
16-12-2014, 11:27
29-10-2017, 17:28
3-04-2025, 23:42
3-10-2017, 12:21
Sorğu
Yeni dizaynımız necədir?