Gundemxeber.az » Dünya » Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq
Cənubi Koreya ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) birgə keçirilən hərbi təlimi vaxtından əvvəl – avqustun 21-də başa çatdırılacaq.
Gundemxeber.org xarici mediaya istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, təlimin avqustun 17-27-də keçirilməsi planlaşdırılırdı. Lakin ABŞ-nin təklifi ilə təlimin vaxtının və miqyasının tənzimlənməsi barədə qərar qəbul olunub. Avqustun 17-də başlayan təlimin ayın 21-də yekunlaşdırılması qərara alınıb.
Qeyd edək ki, bu il mayın 16-da ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın rəhbəri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu deyib. O, ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməsinə narazılığını bildirib.
Gundemxeber.org
16-08-2019, 19:35
18-08-2014, 10:19
Bu gün, 08:16
16-04-2017, 21:05
19-11-2017, 13:34
Sorğu
Yeni dizaynımız necədir?