Gundemxeber.az » Dünya » Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir
Almaniya hökuməti ölkənin xarici sərhədlərində tətbiq olunan nəzarət rejimini daha altı ay uzatmağı planlaşdırır.
Gundemxeber.org yerli mediaya istinadla xəbər verir ki, daxili işlər naziri Aleksandar Dobrindt bu barədə Avropa Komissiyasını rəsmi qaydada məlumatlandırıb. Komissiya etiraz etməsə, nəzarət tədbirləri 2027-ci il martın ortalarınadək qüvvədə qalacaq.
Aleksandar Dobrindt qərarı qanunsuz miqrasiyanın qarşısının alınması zərurəti ilə əsaslandırıb.
Qeyd edək ki, Almaniya 2024-cü il sentyabrın 16-dan etibarən bütün xarici sərhədlərində nəzarəti bərpa edib. Qərar həmin vaxt daxili işlər naziri olmuş Nensi Fezer tərəfindən qanunsuz girişlərin azaldılması məqsədilə qəbul edilib. Sərhəd nəzarəti artıq üç dəfə uzadılıb və hazırkı müddət 2026-cı il sentyabrın 15-də başa çatır. Yeni uzadılma qüvvəyə minsə, tədbir daha altı ay davam edəcək.
Şengen qaydalarına əsasən, daxili sərhədlərdə nəzarət yalnız fövqəladə hallarda müvəqqəti tədbir və son vasitə kimi tətbiq oluna bilər. Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner isə Almaniyanı sərhəd nəzarətinə son qoymağa çağırıb.
Gundemxeber.org
14-08-2026, 08:35
12-08-2026, 20:38
7-08-2026, 12:40
9-08-2026, 09:38
10-08-2026, 13:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?