Gundemxeber.az » Dünya » Britaniyada inflyasiya 2,9 faizə yüksəlib
Böyük Britaniyada illik inflyasiya səviyyəsi iyul ayında 2,9 faizə yüksəlib.
Gundemxeber.org xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) açıqladığı son məlumatlara əsasən, iyunda 2,6 faiz təşkil edən inflyasiya səviyyəsi iyulda 0,3 faiz bəndi artıb.
ONS bildirib ki, inflyasiyanın yüksəlməsinə əsasən məişət enerjisi üzrə qiymət limitinin artırılmasından sonra təbii qaz qiymətlərində qeydə alınan kəskin bahalaşma səbəb olub. Enerji bazarının tənzimləyicisi “Ofgem” iyulun 1-dən etibarən ev təsərrüfatları üçün qaz və elektrik enerjisi üzrə qiymət limitini 13 faiz artırıb. Bu dəyişiklik iyul inflyasiyasının yüksəlməsində əsas amillərdən biri olub.
İstehlak qiymətləri indeksi əsasında hesablanan iyul göstəricisi maliyyə bazarlarının əvvəlki proqnozlarına uyğun gəlib. Qeyd edək ki, İngiltərə Bankının inflyasiya üzrə hədəfi 2 faiz səviyyəsindədir.
Gundemxeber.org
6-08-2026, 21:48
14-08-2024, 15:12
12-01-2015, 20:05
13-08-2026, 15:07
9-08-2021, 18:22
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?