Gundemxeber.az » Dünya » Fransada saxta xəbərlərlə investorları aldadan fırıldaqçılarla bağlı xəbərdarlıq edilib
Fransanın Maliyyə Bazarlarına Nəzarət İdarəsi (AMF) ölkədə saxta informasiya saytlarının kəskin artması ilə bağlı xəbərdarlıq yayıb.
Gundemxeber.org xəbər verir ki, fırıldaqçılar “Le Monde”, “Le Figaro”, “France Info” və “TF1” kimi aparıcı media qurumlarının adlarını təqlid edərək əmanətçiləri Aİ-də fəaliyyət icazəsi olmayan “BitKeltTrade” platformasına yönəldirlər.
Saxta məqalələrdə siyasi, idman, iqtisadiyyat və şou-biznes nümayəndələrinin guya bu platformaya sərmayə yatırdıqları iddia edilir. Süni intellektə əsaslandığı deyilən “BitKeltTrade” vasitəsilə bir ay ərzində bank əmanətinin illik gəlirindən daha çox qazanc vəd olunur. Hətta bəzi yazılarda AMF-nin nəzarət etdiyi uydurma dövlət proqramının varlığı haqqında yalan məlumatlar yer alır.
Bu saxta nəşrlərin əsas məqsədi vətəndaşların şəxsi məlumatlarını ələ keçirməkdir. Məsələ ilə bağlı tədbir görən AMF “Bitkelttrade.com” ünvanını qara siyahıya salıb və oxşar 9 saxta xəbər saytını müəyyən edib. Tənzimləyici qurum vətəndaşlara şübhəli platformalara şəxsi məlumat verməməyi və sürətli qazanc vədlərinə aldanmamağı tövsiyə edir.
Gundemxeber.org
8-02-2021, 11:35
9-10-2019, 10:16
6-01-2015, 21:41
21-07-2017, 10:44
23-10-2013, 11:26
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?