Gundemxeber.az » Dünya » Vens ABŞ-nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib
ABŞ-nin İrana qarşı həyata keçirdiyi iqtisadi təzyiq kampaniyasının nə qədər davam edəcəyinin dəqiq məlum olmadığı bildirilib.
Gundemxeber.org xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vens “Newsmax” telekanalına müsahibəsində deyib.
İranın iqtisadi təzyiqə nə qədər davam gətirə biləcəyi ilə bağlı suala cavab verən Vens bunun proqnozlaşdırılmasının çətin olduğunu bildirib. Onun sözlərinə görə, hazırda əsas diqqət İranın iqtisadi təzyiqə nə qədər tab gətirəcəyinə deyil, bu təzyiqin Tehranın nüvə silahına sahib olmasının qarşısının alınmasına yönəlib.
“Onlara böyük təzyiq göstərilir və bu təzyiq bizim məqsədimizə – onların nüvə silahına sahib olmasının qarşısını almağa xidmət edir. Bunun bir neçə həftə, bir neçə ay və ya daha uzun müddət davam edib-etməyəcəyindən asılı olmayaraq”, - deyə Vens bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 19-da İranla bağlı görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid”ə başlandığını elan edib. O, həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət strukturları vasitəsilə Tehrana dəstək verən ölkələr ABŞ-nin ciddi iqtisadi tədbirləri ilə üzləşəcəklər.
Gundemxeber.org
Bu gün, 07:46
14-03-2025, 22:42
17-07-2026, 12:43
18-01-2016, 11:25
16-07-2026, 22:40
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?