Gundemxeber.az » Dünya » Tramp Zelenskinin xahişini eşitmədi
Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Starlink sistemi ilə təchiz olunmuş dronlardan istifadə etmək üçün icazə almaq istəyir.
Gundemxeber.org xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Lakin ABŞ prezidenti Donald Tramp bu ideyanı dəstəkləməyib.
Qəzetin məlumatına görə, bunun üçün həmçinin SpaceX-in sahibi Elon Maskın təsdiqi tələb olunur. Onun Ukrayna və Starlink peyk internetinin istifadəsi ilə bağlı mövqeyi dəfələrlə dəyişib. Digər mümkün maneə isə iyul ayında Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorovun istefasıdır. Fyodorov Maskla birbaşa əlaqə saxlayırdı.
Ukrayna prezidenti Volodimir Zelenski iyul ayında Trampla görüşündə ABŞ-dən daha çox raketdən müdafiə sistemləri istəyib. Lakin onların Yaxın Şərqdə, o cümlədən ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı istifadəsi Amerika raketlərinin çatışmazlığına səbəb olub.
Trampı razı salmaq üçün Zelenski Ukraynanın həyata keçirdiyi zərbələrin dərinliyini 200 kilometrlə məhdudlaşdırmağı da təklif edib. Lakin görüşdə iştirak edən mənbələrin məlumatına görə, Tramp dəqiq cavab verməyib və bu planı dəstəkləməyib.
Eyni mənbələr həmçinin Maskın Kiyevə razılıq verməyəcəyi fikrini də bildiriblər.
Gundemxeber.org
22-08-2025, 23:56
8-12-2025, 11:16
15-07-2025, 13:23
19-03-2025, 23:54
24-06-2025, 23:50
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?