Gundemxeber.az » Dünya » Rusiya XİN-dən 102-ci hərbi baza açıqlaması
Rusiya Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir sorğu almayıb.
Gundemxeber.org xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, Moskva 102-ci hərbi bazanı respublikanın və Cənubi Qafqazın təhlükəsizliyinin vacib elementi hesab etməyə davam edir: "Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir sorğu almamışıq. Biz bunun Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının vacib elementi olduğu faktından çıxış etməyə davam edirik".
Qaluzin bildirib ki, Rusiyanın hərbi mövcudluğu mövzusu hazırda Ermənistanın ictimai-siyasi sferasında fəal şəkildə müzakirə olunur, lakin Moskva hələlik buna real alternativ görmür: "Çoxları haqlı olaraq sual verir: alternativ nədir? Bizim fikrimizcə, bu günə qədər belə bir alternativ yoxdur. Düzünü desəm, məsələn, Fransa əsgərlərinin bu rolda olmasını təsəvvür etmək çətindir".
15-10-2025, 11:28
29-04-2016, 17:48
21-01-2013, 10:42
23-11-2013, 11:29
15-07-2020, 13:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?