Gundemxeber.az » Dünya » İranda qadın motosiklet sürücülərinə qarşı tədbir görülməsi tələb edildi
Qəzvin şəhərinin cümə imamı “açıq-aşkar şəhərdə qayda pozuntuları” adlandırdığı halları tənqid edərək qadın motosiklet sürücülərinə qarşı dərhal tədbir görülməsini və qızlarla oğlanların bir yerdə oturduğu kafelərin bağlanmasını tələb edib.
Gundemxeber.org xəbər verir ki, o, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilmədiyini qeyd edərək deyib: “Əgər bir qadının motosiklet sürdüyü müşahidə olunarsa, polis həmin yerdə onu saxlamalıdır; çünki onun sürücülük vəsiqəsi yoxdur və qanunsuz iş görür".
Hüseyn Müzəffəri bu məsələni hicab məsələsindən ayrı şəkildə irəli sürdüyünü vurğulayaraq deyib: “Qanunsuz işlər görülməməlidir".
O, şəhərdə kafelərin sayının artmasını tənqid edərək lisenziyası olmayan kafelərin bağlanmasını tələb edib və bələdiyyədən ictimai ərazilərdə masa və stul yerləşdirən kafelərə qarşı tədbir görülməsini istəyib.
Müzəffəri belə məkanlarda qızlarla oğlanların bir arada olmasının ictimai mədəniyyətə təsir etdiyini iddia edib.
18-08-2015, 18:49
18-06-2020, 14:55
11-02-2021, 11:22
22-07-2013, 11:42
14-04-2021, 13:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?