Gundemxeber.az » Dünya » "Mən seçkiləri sabah belə keçirməyə hazıram, amma..." - Zelenski
"Konstitusiya, seçki qanunvericiliyi və təhlükəsizlik vəziyyəti müharibə dövründə Ukraynada seçkilərin keçirilməsinə imkan vermir".
Gundemxeber.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “CBS News” televiziya kanalına müsahibəsində bildirib.
"Mən seçkiləri sabah belə keçirməyə hazıram, amma müharibə davam edərsə, nə Konstitusiyaya, nə seçki qanunvericiliyinə, nə də ilk növbədə təhlükəsizlik vəziyyətinə görə bunu edə bilməzsiniz. İnsanlar necə səs verəcəklər? 9 milyon insan xaricdə olduqda seçkiləri necə keçirməli? Adətən təxminən yarım milyon insan xaricdə səs verir. Bəs müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan insanlarla nə etməli? Onlar necə səs verəcəklər və orada səsvermə prosesinə kim nəzarət edəcək? Orada rus əsgərləri var", - deyə dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, hazırda ölkədə seçkilərin keçirilməsini müdafiə edən insanlar siyasətdə olmaq istəyirlər.
1-04-2019, 11:25
23-05-2019, 14:44
28-09-2013, 12:28
22-04-2019, 13:50
21-07-2019, 17:23
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?