GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilər?

İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilər?

Tarix: Dünən, 11:54 Bölmə :Dünya Baxış: 4


"İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinə qarşı sərt beynəlxalq iqtisadi sanksiyaların tətbiqi ehtimalından narahatlığını bildirib. O, xüsusilə bank sektoruna qarşı mümkün məhdudiyyətlərə hazırlaşmağın və alternativ maliyyə mexanizmləri yaratmağın vacibliyini vurğulayıb.  Həmçinin deyib ki, ABŞ-ın hərbi yardmının gələcəkdə dayandırıla biləcəyini bildirərək İsrail iqtisadiyyatının bu risklərə əvvəlcədən hazırlanması vacibdir".

Gundemxebertv.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, İsrailə iqtisadi sanksiyaların tətbiqi həm hüquqi, həm də siyasi baxımdan mümkündür:

"Lakin İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalq siyasi və iqtisadi təsir imkanları, eləcə də Qərb ölkələri ilə sıx əlaqələri genişmiqyaslı və əlaqələndirilmiş sanksiyaların tətbiqini çətinləşdirir. Amma Avropa ölkələrində İsrailə münasibətdə siyasi mövqelərin dəyişməsi və beynəlxalq təzyiqlərin artması ayrı-ayrı dövlətlər və iqtisadi birliklər səviyyəsində məhdudiyyətlərin tətbiqi ehtimalının heç də sıfır olmadığını göstərir. Yaxşı, tutaq ki, bu real oldu, o zaman bu ölkəyə qarşı hansı iqtisadi sanksiyalar tətbiq oluna bilər? Nəzəri olaraq, bu sanksiyaları əsasən 5 istiqamətdə mümkündür.
Birincisi, bank və maliyyə sektoruna məhdudiyyətlərdir. İsrail banklarının beynəlxalq hesablaşmalarının məhdudlaşdırılması, xarici aktivlərinin dondurulması və valyuta əməliyyatlarına qadağalar kapital axınını zəiflədə, milli valyutaya təzyiq yarada bilər. İkincisi, xarici ticarətə sanksiyalardır. Əlavə gömrük rüsumları, idxal və ixrac məhdudiyyətləri, ticarət güzəştlərinin ləğvi İsrailin ixrac gəlirlərini azalda və istehsal xərclərini artıra bilər. Üçüncüsü, sanksiya istiqaməti investisiya və texnologiya sektoru ola bilər. Xarici investisiyaların, texnologiya transferinin və beynəlxalq innovasiya əməkdaşlığının məhdudlaşdırılması iqtisadi artımı zəiflədə bilər. Dördüncüsü, hərbi və maliyyə dəstəyinin məhdudlaşdırılması. ABŞ-ın hərbi yardımının azaldılması, silah və hərbi texnologiya satışına qadağalar İsrailin dövlət büdcəsinə əlavə yük yarada bilər. Beşincisi, şirkətlərə və fiziki şəxslərə ünvanlı sanksiyalardır. Aktivlərin dondurulması və beynəlxalq maliyyə əməliyyatlarının məhdudlaşdırılması həmin subyektlərin iqtisadi fəaliyyətini çətinləşdirə bilər".

İqtisadçı qeyd edib ki, mümkün sanksiyaların İsrail iqtisadiyyatına real təsirini təhlil etmək üçün bir sıra göstəricilərə diqqət yetirmək lazımdır: "Bunlardan birincisi, xarici ticarətdir. 2025-ci ildə İsrailin xarici əmtəə ticarətinin 31,7 %-i, ixracının isə 29,4 %-i Avropa İttifaqının payına düşüb. Tərəflər arasında ticarət dövriyyəsi 43,3 mlrd avro təşkil edib. Bu göstəricilər Avropa bazarının İsrail iqtisadiyyatı üçün strateji əhəmiyyətini göstərir. İkincisi, yüksək texnologiyalar sektorudur. 2025-ci ildə bu sektorun ixracı 85 mlrd. dollara çataraq ümumi ixracın 58%-ni təşkil edib. Həmin il sektora təxminən 15 mlrd. dollar investisiya yatırılıb. Bu rəqəmlər İsrailin iqtisadi artımında beynəlxalq kapitalın və texnologiya bazarlarının mühüm rolunu göstərir. Üçüncüsü, dövlət maliyyəsi. ABŞ-ın 2019-2028-ci illər üzrə İsrailə nəzərdə tutduğu hərbi yardım 38 mlrd. dollar, illik hesabla 3,8 mlrd. dollardır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2026-cı ildə İsrailin dövlət borcunun ÜDM-ə nisbətinin 70,1% -ə çatacağı gözlənilirdi. Bu şəraitdə xarici maliyyə dəstəyinin azalması büdcə üzərində əlavə yük yarada bilər.

Dördüncüsü, maliyyə dayanıqlığı. 2025-ci ilin sonunda İsrailin beynəlxalq valyuta ehtiyatları 229,5 mlrd. dollar təşkil edib. Bu, ölkənin mümkün maliyyə təzyiqlərini yumşaltmaq imkanlarını artıran mühüm amildir. Göründüyü kimi İsrail iqtisadiyyatının xarici bazarlar və beynəlxalq kapitalla sıx bağlılığı sanksiyalara həssaslıq yaratsa da, ölkənin maliyyə ehtiyatları müəyyən dayanıqlıq təmin edir. Yekun iqtisadi nəticələr isə sanksiyaların miqyasından, müddətindən və tətbiq edən ölkələrin iqtisadi çəkisindən asılı olacaq. Qeyd olunan sanksiyalar nəzəri baxımdan mümkün olsa da, onların genişmiqyaslı şəkildə tətbiqi ehtimalını yüksək qiymətləndirmirəm. Çünki İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalq siyasi təsir imkanları, güclü lobbiçilik şəbəkələri və Qərb iqtisadiyyatları ilə sıx əlaqələri belə qərarların qəbulunu ciddi şəkildə çətinləşdirir. Üstəlik, geniş iqtisadi sanksiyalar İsraillə əməkdaşlıq edən ölkələrin də iqtisadi maraqlarına toxuna bilər".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Con Bolton: İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malikdir

    Con Bolton: İrana qarşı sanksiyaların yenidən ...

    23-08-2018, 15:08

  • 
  • İtaliya sanksiyalardan narazıdır

    İtaliya sanksiyalardan narazıdır ...

    16-12-2015, 17:48

  • 
  • ABŞ Ukraynanı Rusiya ilə hədələyir

    ABŞ Ukraynanı Rusiya ilə hədələyir ...

    22-09-2016, 13:19

  • 
  • ABŞ və digər 6 ölkə İranla bağlı hədəflərə qarşı sanksiyalar tətbiq edib

    ABŞ və digər 6 ölkə İranla bağlı hədəflərə qarşı ...

    31-10-2019, 11:52

  • 
  • İsrail Avropaya meydan oxudu

    İsrail Avropaya meydan oxudu ...

    2-02-2014, 21:55


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (836)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu