Gundemxeber.az » Dünya » Etirazlar Portuqaliyanı da cənginə aldı: 60 yaralı, 31 həbs
Portuqaliyanın paytaxtı Lissabonda mənzil qiymətlərinin və kirayə haqlarının artmasına qarşı keçirilən etiraz aksiyasından sonra polis çadırlardan ibarət düşərgəni dağıdıb.
Gundemxebertv.com “Reuters”ə istinadla xəbər verir ki, bazar günü səhər saatlarında onlarla polis əməkdaşı Rossio meydanına daxil olaraq etirazçıları ərazidən uzaqlaşdırıb. Əməliyyat zamanı polis qalxan və dəyənəklərdən, həmçinin xidməti itlərdən istifadə edib.
Bundan bir gün əvvəl minlərlə insan hökumətin kirayə bazarına dair qanun layihəsinə qarşı yürüş keçirib. Nümayişçilər hesab edirlər ki, yeni qanun ölkədə mənzil böhranını daha da dərinləşdirəcək. Aksiyadan sonra meydanda 50-dən çox çadır qurulub.
Polis düşərgənin qanunsuz olduğunu bildirərək onun sökülməsi barədə üç dəfə xəbərdarlıq edib. Nəticədə düşərgəni qoruyan yüzlərlə nümayişçi ərazidən uzaqlaşdırılıb. Oxşar əməliyyat Portonun Dom Joao I meydanında da keçirilib.
Qeyd edək ki, əvvəlki həftə keçirilən analoji əməliyyatlar zamanı Lissabonda 25, Portoda isə 6 nəfər saxlanılıb. Mənzil hüquqları uğrunda mübarizə aparan “Casa para Viver” təşkilatının məlumatına görə, həmin əməliyyatlarda ümumilikdə 60 nəfər xəsarət alıb.
Portuqaliyada mənzil böhranı getdikcə dərinləşir. 2017-ci ildən bəri evlərin qiyməti iki dəfədən çox, yeni müqavilələr üzrə kirayə haqları isə təxminən iki dəfə artıb. Portuqaliya Mərkəzi Bankının hesablamalarına görə, ölkədə 300 min mənzil çatışmazlığı var.
Etirazçılar hökumətdən evdən çıxarılma prosedurlarını asanlaşdıran və yeni kirayə müqavilələri üzrə qiymət məhdudiyyətlərini aradan qaldıran qanun layihəsini geri götürməyi tələb edirlər.
20-10-2019, 12:05
3-04-2017, 01:00
29-04-2016, 11:15
22-09-2016, 12:49
10-12-2015, 12:32
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?