Gundemxeber.az » Dünya » Bir həftə qaldı - Ermənistanla bağlı qərar veriləcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.
Gundemxebertv.com xəbər verir ki, bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
"Ermənistan artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir, buna görə də onun üzvlüyünün müvəqqəti dayandırılması - daha dəqiqi, üzvlük haqları ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla və qərar qəbul edilə bilər", - o deyib.
Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.
Bu gün, 10:50
27-08-2026, 11:15
1-09-2018, 16:46
22-11-2018, 14:43
2-09-2026, 09:47
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?