GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ mediasından maraqlı iddia

ABŞ mediasından maraqlı iddia

Tarix: 9-04-2017, 23:44 Bölmə :Dünya Baxış: 476
ABŞ mediasından maraqlı iddia

"Putin qorxduğu haqda şübhələri dağıtmaq üçün uğurlu hərbi əməliyyat keçirməlidir" - TƏHLİL

Prezident Donald Tramp Suriya hökumət ordusunun aerodromuna cəmi bircə raket zərbəsi ilə digər tərəflərin zəifliyini nümayiş etdirə bildi, lakin bu zaman bəyan olunmuş və İŞİD-in darmadağın edilməsindən ibarət məqsədin əldə edilməsində ləngiməyə yol verdi.
“Şayrat” hərbi aerodromuna raket zərbəsi Kremlin Trampa hansısa şəkildə nəzarət etdiyi və yaxud Amerika prezidenti haqda ifşa materialına malik olduğu haqda versiyanı tamamilə rədd etməlidir. Şantajçının qarmağında olan adam heç vaxt bu cür addım atmazdı.
Bundan başqa, ABŞ raket zərbəsindən sonra Rusiyanın davranışını bunun yalnız öz hərbçilərini aerodromdan təxliyə edən (və Əsədə xəbərdarlıq edən) Kremlin bəyəndiyi PR-gediş olduğu haqda hazırda geniş müzakirə olunan versiyanın təsdiqi saymaq da olmaz. Bu nəzəriyyəyə əsasən, Trampla Kreml arasındakı gizli razılaşma, həmçinin bunun nəticəsi olmuş raket zərbəsi Tramp komandası ilə Rusiya arasında ehtimal olunan əlaqələrin araşdırılmasının intensivliyini azaltmağa və ölkələr arasında gələcək əzəmətli sövdələşməyə gedən yoldakı maneələrin bir qismini aradan götürməyə imkan verəcək.
ABŞ-ın rusiyalıların təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirlər nəzərə alınmaqla ilk baxışdan Rusiya sanki bu zərbəyə ayrıca bir insident kimi yanaşmağa hazır idi. Türkiyənin vurduğu Rusiya bombardmançısındansa, bu insidenti bağışlamaq xeyli asandır. Təbliğat qaynaqları təkid edir ki, Rusiya Şayratı müdafiəyə cəhd etməyib, çünki Rusiya hərbçilərini heç nə təhdid etmirdi.
Bundan savayı, Əsəd rejiminin hərbi potensialı da çox güclü ziyan çəkməyib. Lakin gözlənilən antiamerika ritorikası və Əsəd rejiminin kimyəvi silah işlətdiyinin inkarından tamamilə uzaqlaşsaq, Rusiya Xarici İşlər Nazirliyinin aprelin 7-də cümə günü verdiyi bəyanat çox mühüm bir məqamı ehtiva edir. Onda deyilir ki, Rusiya Suriya əməliyyatının gedişində aviasiya uçuşunun təhlükəsizliyi təminatı və insidentlərin önlənməsi haqda 2015-ci ildə ABŞ-la bağlanmış Memorandumun fəaliyyətini dayandırır. Bu memorandumda pilotlar üçün protokollar, yaxınlaşma anlarında və yerdə kommunikasiya üçün tezliklərin istifadəsinə tələblər var idi. Bu, təkcə Trampın hakimiyyətə gəldiyi andan əhatəsi genişləndirilmiş konkret sənədin deyil, həm də Amerika və Rusiya hərbçilərinin Suriyada son bir neçə ayda yoluna qoyduğu əməkdaşlığının genişləndirilməsi dövrünün sonudur. Başqa sözlə, Moskva ABŞ-ın ünvanına çətinliklə gizlədilə biləcək xəbərdarlıqla çıxış edib: bu andan başlayaraq təyyarələriniz hücum üçün potensial hədəfə dönür.
Amerika pilotlarının Suriya və Rusiya HHM sistemindən çəkinməsi gərək deyildi, çünki hesab olunurdu ki, ABŞ-ın bütün missiyaları Suriya hökumətinə qarşı deyil, İŞİD güclərinə qarşı yönəlib. Əsəd rejimi hətta indi də Amerika təyyarələrinə hücum etməyə cürət etməzdi, lakin Rusiya Suriyada hərbi obyektlərini qorumaq üçün S-300 və S-400 sistemləri düzüb. Rusiya uçuşun təhlükəsizliyi məsələsində ABŞ-la əməkdaşlığı kəsməyə həqiqətən hazırdırsa, böyük toqquşma ehtimalı ciddi şəkildə artır. Putin ABŞ-la açıq münaqişəni özünə rəva bilərmi – bu, başqa məsələdir. Lakin hazırda ABŞ-la müharibə aparmaq üçün Rusiyanın hərbi gücü yetərsizdir, Putin isə o qədər də qəddar və ağılsız deyil ki, nüvə raketlərini buraxsın.
Kreml hesab edə bilər ki, simasını qorumaqdan ötrü necə cavab verməkdən özgə variantı yoxdur. Putinin opponentləri artıq coşğun şəkildə sevinirlər ki, Rusiya HHM sistemi Amerikanın Şayrata zərbəsini dəf edə bilməyib. “Bu, Putinin bütün avantürasının tam iflasıdır, – Putinin qətiyyətli tənqidçisi Andrey Piontkovski Ukraynanın "InfoResist” nəşrinə müsahibədə deyib. – Bəs müdafiə və XİN-in məlumatına görə, Suriya aerodromlarını Amerikanın qanadlı raketlərindən qorumaq üçün qoyulmuş məşhur S-300, S-400 sistemləri haradadır?”
Cümə günü zərbə haqda xəbərlər fonunda rublun kursu aşağı düşüb ki, bu da Rusiyanın zəifliyinin etirafının əksi olub.
Rusiyanın Suriyada yerləşdirdiyi HHM sistemləri bu bölgədə yerləşən Amerika gəmilərinin tammiqyaslı və davamlı raket hücumunun qabağını ala bilməz. Suriyanın bütün ərazisini qorumaq üçün bunlar bəs etmir və ABŞ-dan “Tomaqavk” qanadlı raketlərinin tədarükündənsə döyüş ehtiyatlarının çatdırılması Rusiyadan daha çox səylər tələb edir. Lakin Putinin Suriya münaqişəsinə müdaxiləsinin vəzifələrindən biri Yaxın Şərqin potensial silah alıcıları üçün silahların nümayişi, həmçinin böhran məqamlarında dəstəyə hazır olan Rusiyanın etibarlı tərəfdaş obrazının möhkəmləndirilməsi idi. Rusiya cavab zərbəsi endirməkdə Əsədə yardım etməsə, bu hədəflər nüfuzdan düşəcək.
Putin 2014-cü ildə Krımın ilhaqı anından bəri hər üsulla göstərməyə cəhd edirdi ki, geri çəkilmək niyyətində deyil. İndi hadisələri Tramp sürətləndirir. 2018-ci il prezident seçkilərinə cəmi bir il qalmış geri çəkilməyi çətin ki Putin üçün məqbul fəaliyyət variantı saymaq mümkün olsun. O, artıq Şayrata hücumu “beynəlxalq hüququn pozulması” adlandırıb. Çox güman ki, Putin hazırda üsyançılardan ərazilərin döyüşlə geri alınmasında Əsəd rejiminin cəhdlərinə dəstəyi gücləndirməyi zəruri sayacaq. Qorxduğu haqda şübhələri dağıtmaq üçün ona hansısa bir uğurlu hərbi əməliyyat keçirtmək lazımdır.
Burada təhlükə bundan ibarətdir ki, ola bilsin, Tramp əldə edilmiş nailiyyətlə kifayətlənməyəcək. ABŞ Suriya münaqişəsində daha dərinə getməsə, Trampı Putinin oyuncağı olmaqda qınayan və rejimi dəyişməyi təkid edənlər yenidən qruplaşacaq və onu tənqid etməyə başlayacaqlar.
Hazırda Rusiya ilə ABŞ arasında birbaşa hərbi toqquşma təhlükəsi soyuq müharibənin bitdiyi dövrdən bəri ən yüksək səviyyəyə yetib. Liderlər daxili-siyasi təsəvvürləri və erkək instinktini rəhbər tuturlar – bu, olduqca təhlükəli kombinasiyadır. Bu durumda yeganə qalib İŞİD çıxıb. Suriya rejimi Rusiya və ABŞ-ın dəstəyi ilə son bir neçə ayda İŞİD-in mövqelərinə müxtəlif yönlərdən uğurlu hücumlar aparıb. İndi rejim Amerika təhlükəsi qarşısında diqqətini özünün salamat qalmasına cəmləşdirəcək. ABŞ-a isə Suriyada toqquşa biləcəyi Rusiya tərəfdən mümkün təhlükə üzərində düşünmək lazım gələcək.
Əsədyönlü “Əl-Məsdər” nəşri artıq xəbər verir ki, bəzi qaynaqlara əsasən, İŞİD yaraqlıları Şayrat rayonunda həmləyə başlayıblar. Suriyada müharibə kimi bu cür qəliz münaqişədə bir tərəfə zərbə endirmək digər təcavüzkar tərəfləri qaçılmaz şəkildə təşviq edir. Tramp Əsədə hücum etməklə İŞİD-i enə bilməz. O, bu qayda ilə təkcə özünün ABŞ-dakı mövqeyini və müəyyən qədər Putini naqolay durumda qoya bilməz. Və bunlardan heç biri ABŞ-ın maraqlarına cavab vermir.

Leonid Berşidski
Bloomberg (ABŞ), 09.04.2017
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Twitter-də Putin haqda yazdı

    Tramp Twitter-də Putin haqda yazdı ...

    24-12-2016, 11:01

  • 
  • Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

    Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti ...

    9-04-2017, 23:24

  • 
  • Medvedev Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir

    Medvedev Trampla bağlı status yazdı - ...

    8-04-2017, 12:45

  • 
  • ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb

    ABŞ hərbi gəmilərini Koreya yarımadasına yollayıb ...

    9-04-2017, 23:15

  • 
  • Tramp Yaponiyanı "böyük müttəfiq" adlandırdı

    Tramp Yaponiyanı "böyük müttəfiq" ...

    12-02-2017, 12:50


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu