gundemxeber.com "Ölkə.Az"a istinadən xəbər verir ki, London metrosunun yaşıl xəttinin bir hissəsi bağlanıb. Söhbət "Erls Kort" stansiyasından "Uimbildon" stansiyasına qədər olan ərazidən gedir.
Hazırda bu istiqamətdə qatarların hərəkəti dayandırılıb. Polis istintaqa başlayıb.
*** Bir çox sərnişin yanıq xəsarəti alıb. Bu barədə nüfuzlu "Reuters" və "The Sun" yayım orqanları məlumat verib.
Bildirilir ki, insident "Parsons-Qrin" stansiyasında baş verib. Polis əməkdaşları hadisə yerindədir. Sərnişinlər təxliyyə edilir.
İnsident nəticəsində xəsarət alanların dəqiq sayı bilinmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?