Gürcüstanda Batumi-Axaltsixe magistral yolu ilə hərəkət edən mikroavtobusdan 6 məktəbli yıxılaraq xəsarət alıb. APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, avtobusda ekskursiyadan qayıdan 6-cı sinif şagirdləri, onların valideynləri və müəllim olub.
İlkin məlumata görə, insidentə səbəb məktəblilərin hərəkətdə olan mikroavtobusun qapısını açması olub. Xəsarət alan məktəblilər xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?