GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rza Zərrabın məhkəmə işi Türkiyəni silkələyib: qardaş ölkəni şok yaşantılar gözləyir - ARAŞDIRMA

Rza Zərrabın məhkəmə işi Türkiyəni silkələyib: qardaş ölkəni şok yaşantılar gözləyir - ARAŞDIRMA

Tarix: 4-12-2017, 21:37 Bölmə :Dünya Baxış: 478
Rza Zərrabın məhkəmə işi Türkiyəni silkələyib: qardaş ölkəni şok yaşantılar gözləyir - ARAŞDIRMA


Keçən həftə Türkiyə mətbuatında ən populyar və müzakirə edilən mövzu ABŞ-ın Nyu-York məhkəməsində mühakimə edilən İran mənşəli Türkiyə biznesmeni Rza Zərrabın ifadəsi olub. Mynethaber.com, CNN Turk və başqa qaynaqların verdiyi məlumatlara əsasən, iş üzrə Türkiyənin Halkbank dövlət bankı baş direktoru müavini Hakan Atilla ilə birgə adı keçən Rza Zərrab andlılar məhkəməsinin toplantısı zamanı ifadə verməyə başlayıb. Onun sözləri bir anda bomba kimi Türkiyə cəmiyyətini silkələyib. Zərrab bildirib ki, Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verib, Türkiyə prezidenti Rəcəb Ərdoğan isə baş verənlərin hamısına “razılıq verib”.

Biznesmen İranla qızıl ticarətinin necə getdiyini andlılara təsvir edib. Zərrab iddia edir ki, keçmiş iqtisadiyyat naziri ticarətdən gəliri 50% 50%-ə prinsipiylə bölmək təklifi verib: “Mən ona cəmi 45-50 milyon avro ödəmişəm. Valyutanın başqa növlərini hesaba salmıram, çünki bunlar həddindən artıq çox idi”.
Zərraba sual veriblər: “Çağlayana hansı şəkildə ödəniş edirdiniz?” Müttəhimin sözlərinə görə, nəqd, qiymətli əşyalar və bank köçürmələri ilə ödəyib. Nazirin ailəsinin ödənişdə iştirak edib-etmədiyi haqda sula Zərrab “bəli” cavabı verib.
Prokurorun məhkəmə zalında təqdim etdiyi sxem diqqət çəkib. İşdə adı keçən şəxslərin adları olan yuxarı hissədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın, həmçinin İran ruhani lideri Əli Xameneinin adı var. Onların altında İranın o dövrdəki məmurları yerləşib. Daha aşağıda prokurorun boş buraxaraq ad yerinə sual işarələri qoyduğu xanaların yanında Halkbankın baş direktoru müavininin, bankın baş direktoru Süleyman Aslanın, nazir Çağlayanın və Zərrabın adı yazılıb. “Hurriyet” qəzetinə əsasən, biznesmen kimə, nə qədər və hansı məqsəd üçün rüşvət verdiyini ayrıntılarla izah edib. Reuters-in məlumatına görə, Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Baqışın fotoşəkli məhkəmə zalında göstərilib. Reuters xəbər verir ki, Aktifbank-da hesab açmaq üçün uğursuz ilk cəhddən sonra Baqış rüşvət əvəzində Aktifbank-ın baş direktoruyla Zərrabın görüşünü təşkil edib. Zərrabın sözlərinə görə, bankirlər onu məlumatlandırıblar ki, İranla biznes aparacaq müştərilərin hesab açması üçün özəl icazə lazımdır. Zərrab “Biz İrana heç vaxt qızıl göndərməmişik” deyərək bu zaman ona təqdim olunan telefon danışıqlarının yazısını tanıyıb. Prokurorun Halkbank-ın keçmiş baş direktoru və onun sağ əli Abdulla Happaniylə danışıqları xatırlayib-xatırlamadığını soruşanda Zərrab cavab verib: “Xatırlayıram”.

Zəfər Çağlayan

Andlılar jürisinin iclası zamanı işdə adı keçən adamların adları da elan edilib. Onların bəziləri şahid, bəziləri isə müttəhim qismində iştirak edəcəklər. Gözlənildiyi kimi, Zərraba qarşı ifadə verəcək kəslərin siyahısında bir neçə maraqlı soyadı var. Bu, birinci növbədə, Ərdoğan, oğlu Bilal Ərdoğan, keçmiş nazirlər Baqış və Çağlayan, Çağlayanın oğlu və qardaşıdır. Onların hüquqi statusu işin sıradakı mərhələlərində aydınlaşacaq. Bu işin yekunu üzrə Türkiyədə birinci növbədə iqtisadi xarakterli bəzi çətinliklərin meydana çıxması ehtimalı var. Andlılar Halkbank, Aktifbank kimi müəssisələri, həmçinin işdə adı çəkilən şəxsləri “təqsirli” bilsələr, ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə İdarəsi xüsusi irihəcmli cərimələr müəyyən edə bilər. Ola bilsin, siyasətə dəxli olan adamlar hətta ölkə hüdudlarını da tərk edə bilməzlər.

Keçmiş müşavir xəbərdarlıq edib: hər şey Ərdoğanın ittiham edilməsinə doğru gedir, təhlükə böyükdür

Ərdoğanın baş nazir olduğu dövrdə onun müşaviri vəzifəsini tutmuş Kamal Öztürk mühüm açıqlama verib. O, “Yeni Şafak” qəzetində basılmış “Siyasətə yol dəyişilib” başlıqlı məqalədə bu həftə baş verən hadisələri, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) çərşənbə axşamı parlamentdə qrup toplantısı zamanı prezidentin çıxışını yada salıb. “Siyasətə yol dəyişilib, – o bildirib. – Və onun çox sərt şəkildə dəyişildiyini sıradakı bir neçə seçkidən sonra görə bilərik. Bu cür partiyaların təmsilçiləri Ankaranın görmək istədiyi bölgələrdə seçicilərin qarşısında dura bilməyəcəklər. Dursalar da, xalq başqalarını seçəcək və parlamentdəki çoxluq itiriləcək. Bu isə öz növbəsində hökumətin fəaliyyətinin qabağını alacaq, prezidentin ünvanına itithamlar üçün səbəb olacaq. Belə ki, təhlükə böyükdür”.

“Ərdoğan və hökuməti üçün biabrıçı fakt”

Britaniyanın “Financial Times” qəzeti xəbər verib ki, biznesmen Zərrabın iqtisadiyyat nazirini satın aldığı haqda ifadəsi Ərdoğan hökuməti üçün biabırçı faktdır. Nəşr qeyd edir ki, bu məsələ ABŞ və Türkiyə arasındakı münasibətləri pisləşdirə bilər. Müəllif xatırladır ki, Türkiyə prezidenti daxil olmaqla Türkiyə hökuməti bu işi “Ankaraya qarşı Amerika sui-qəsdi” adlandırıb.

ƏİP-in bütün deputatları saraya çağırılıb

“Sözçü” qəzetinin xəbər verdiyi kimi, Ərdoğan Zərrabın işi üzrə yeni sənədləri müzakirə etmək üçün ƏİP deputatlarını çağırıb. Hakim partiyanın qaynaqlarından alınmış məlumata əsasən, prezident parlamentarilərlə qrup görüşləri keçirib. O, deputatları məlumatlandırıb və bu haqda hansı mövqeyi tutmaq lazım gəldiyi barədə fikrini deyib.

Xalq Cümhuriyyət Partiyasından sarsıdıcı sənədlər

Xalq Cümhuriyyət Partiyası (XCP) lideri Kamal Kılıcdaroğlu partiya toplantısı vaxtı Ərdoğana cavab verib. Türkiyə prezidenti qabaqlar sıradakı bəyanatı verib: “Mənim pullarımın xaricdə hansısa bankda yatdığını sübut etməyə nail olsanız, onda prezident postundan istefa verərəm”.
Kılıcdaroğlu Ərdoğana yaxın şəxslərin, o cümldən oğlu Burak və qardaşı Mustafanın hesablarındakı çıxarışları təqdim edib. Qəbzlər vəsaitlərin hesabdan-hesaba köçürüldüyü faktını təsdiq edir. Kilicdaroğlu üzərində o cümlədən swift-kodlar da olan bir neçə bank qəbzini təqdim edərək iddia edib ki, prezident öz kürəkəni, oğlu, qudası və keçmiş spiçrayteri (siyasi xadimin çıxışlarını hazırlayan köməkçi-tərc.) onlarla milyon dolları Men adasında yerləşən hansısa offşor şirkətə göndərib. “Əgər ləyaqətli adamsansa, lazım gələni et”, – deyə Kılıcdaroğlu Ərdoğana üz tutub.
ƏİP keçən həftə Zərrab işi üzrə hadisələr üzündən ciddi şəkildə çaxnaşmaya düşəndən sonra bütün Türkiyə CXP liderinin bəyanatını dinlərklən hakim partiyanın mətbuat katibi Mahir Yunal Ərdoğanın deputatlarla görüşündən bir an sonra bəyanat verib. O deyib: “Niyə parlamentdən öz yalanlarınız üçün istifadə edirsiniz? Bu sənədlər saxtadır”.
Ərdoğan öz növbəsində onlarla milyon dolların Men adasındakı offşor şirkətinə ötürüldüyü haqda qəbzləri şərh edərək bildirib ki, “Kılıcdaroğlu bu gedişinə görə cavab verəcək”./Tərcümə Strateq.az-ındır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi - 45-50 MİLYON AVRO

    Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi - ...

    30-11-2017, 13:57

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi

    Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi ...

    29-11-2017, 14:07

  • 
  • Rza Zərrab çirkli pulları necə yuyub?

    Rza Zərrab çirkli pulları necə yuyub? ...

    20-12-2013, 14:27


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu