GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İRAN, ƏXLAQ POLİSİ VƏ QABAQDA GEDƏN ZƏNCİRLİ...

İRAN, ƏXLAQ POLİSİ VƏ QABAQDA GEDƏN ZƏNCİRLİ...

Tarix: 12-12-2022, 13:25 Bölmə :Dünya Baxış: 234


13 Sentyabr 2022-ci il, Jina Amini kimi tanınan xanım Məhsa Əmini Tehranda İranın dini “Əxlaq Polisi” tərəfindən hökumət standartlarına uyğun hicab geyinmədiyi üçün həbs edildi və polis bölməsinə aparıldı. Orada xanım Əmini naməlum şəraitdə və açıqlanmayan səbəbdən komaya düşüb. Üç gün sonra, 16 sentyabr 2022-ci ildə xanım Əmini - 22 yaşlı iranlı qadın şübhəli şəraitdə xəstəxanada vəfat etdi. 


Onun ölümü İran cəmiyyətində geniş qəzəb doğurdu və onlarla şəhəri əhatə edən hökumət əleyhinə mitinqlərə səbəb oldu.

Üç aya yaxın davam edən mitinqlər nəticəsində 45-i uşaq olmaqla, 350-yə yaxın nümayişçi öldürülüb, 1000-ə yaxın adam yaralanıb, 10 mindən çox adam həbs edilib və Mohsen Şikari adlı vətəndaş edam edilib. Bu faciə nəticəsində vəziyyəti sabitləşdirmək məqsədi ilə İran hökuməti “Əxlaq Polisi”ni ləğv edib.


Ümumiyyətlə, “Əxlaq Polisi” kimlər idi və onların missiyası nə idi?

Bu qurum 2006-cı ildə prezident Mahmud Əhmədinejadın dövründə "təvazökarlıq və hicab mədəniyyətini yaymaq" üçün yaradılıb.

"Rəhbər patrulu" kimi tərcümə olunan, lakin geniş şəkildə "Əxlaq Polisi" kimi tanınan "Qəşt-e-Ərşad" İranın dövlət polis qüvvələrinin ictimai yerlərdə İslami geyim qaydalarına dair qanunları tətbiq etmək vəzifəsi daşıyan bir bölməsidir.

Qaydaya əsasən, yaş həddi dəqiq müəyyən edilməsə də, yetkinlik yaşına çatmış bütün qadınlar ictimai yerlərdə baş örtüyü və hər tərəfi tam qapalı paltar geyinməlidir. Məktəbdə qızlar adətən 7 yaşından hicab taxmalıdırlar.


Geyim “Əxlaq Polisi”nin diqqət mərkəzində idi, eyni zamanda onlar həm də alkoqol qəbuluna görə və ya bir-biri ilə nikah əlaqəsi olmayan kişi və qadınların qarışıq toplantılarına, partilərinə qatılan şəxsləri saxlayıb həbs edə bilərdilər. Eyni zamanda, qanunun bu cür qeyri-müəyyən şəkildə ifa olunması, sözsüz ki, “Əxlaq Polisi”ndə korrupsiyanın yaranmasına münbit şərait yaratdı. “Youtube” vasitəsi ilə İranda keçirilən partiləri, diskoteka və insanların asudə vaxtlarını keçirməsini çoxlarınız görmüsünüz. Sözsüz ki, bunları “Əxlaq Polisi” də görüb… Bundan əlavə, heç kim üçün sirr deyil ki, Tehran və İranın digər şəhərlərində alkoqol içkilərin alınması çox sadə və asan prosedurdur. Düzdür, spirtli içkilər dükanda satılmır, amma müxtəlif “telegram” kanalları vasitəsi ilə və müəyyən yerlərdə hər bir İran vətəndaşı spirtli içki əldə edə bilər. 

Ümumiyyətlə, İranın sosial tənzimləmələrinin böyük bir hissəsi həm kişilərdən, həm də qadınlardan təvazökar geyinməyi tələb edən İslam şəriət qanunlarının dövlət tərəfindən mühafizəsinə əsaslanır. Lakin praktikada “Əxlaq Polisi” ilk növbədə qadınları hədəf alır.

Hansı geyim növlərinin uyğunsuz olduğuna dair heç bir aydın təlimat və təfərrüatların olmaması, polislərin şəxsi mövqeyinə imkan yaradır və “əxlaq mühafizəçiləri”nin özbaşınalıq etməyə, korrupsiyaya və hətta günahsız qadınların həbs edilməsinə geniş yol açır.

“Əxlaq polisi” tərəfindən saxlanılanlara bildiriş verilir və ya bəzi hallarda onları təhsil və məsləhət mərkəzi deyilən yerə və ya polis bölməsinə aparır və orada onların hicab və İslam dəyərləri ilə bağlı məcburi mühazirələrdə iştirak etmələri tələb olunur. Daha sonra azadlığa çıxmaları üçün yaxınlarına zəng edilir ki, saxlanılan şəxsə “uyğun paltar” gətirsinlər.

“Əxlaq Polisi” məmurlarından biri BBC-yə gündəlik iş təcrübəsi barədə anonim müsahibə verərək demişdi: "Sanki ova çıxırıq. Qadınlar çox qorxurlar. Qorxurlar ki, ictimaiyyətin gözü qarşısında onları tutub maşınlarımıza basacağıq… Bu isə çox böyük rüsvayçılıqdır… Bilirsinizmi, bunu edərkən neçə dəfə göz yaşı tökmüşəm?".


Lakin bununla “Əxlaq Polisi”nin sərhədsiz hakimiyyəti yekunlaşmırdı… Hökumət hicab pozuntularına qarşı mübarizəni və özünəməxsus İslami geyim kodunun versiyasının təbliğini məktəblərdə, milli mediada, əsasən TV-lərdə və ictimai tədbirlərdə də davam etdirirdi…

Bununla belə, bir çox iranlı qadın ultramühafizəkar geyim qaydalarına qarşı çıxmağın yollarını tapıb. Bir çoxları dar geyimlər geyinərək və çadradan rəngli aksessuar kimi istifadə edərək, saçlarının çox hissəsinin üzə çıxararaq İran hökumətinin qoyduğu sərhədləri aşırlar, baxmayaraq ki, nə hökümətin qaydalarında, nə də Quranda bir sıra məhdudiyyətlərin ümumiyyətlə sərhədləri müəyyən edilib – başa yaylıq taxılmalıdır ya yox, taxılmalıdırsa, saçın nə qədərinin üzə çıxa biləcəyi ilə bağlı sərt və sürətli qaydalar yoxdur.


Bəs maraqlıdır, İran hökumətinin istinad etdiyi və bütün müsəlmanların ali kitabı olan Quran bu barədə nə deyir? Mən özüm namaz əhlindənəm və hər il Orucluq ayında Quran oxuyuram və qayda-qanunları pis bilmirəm. Lakin yenə də məlumat üçün elektron mənbələrə nəzər yetirərək, Qurani-Kərimə müraciət etdim. Və qadınların geyim tərzləri ilə əlaqədar çox az sayda, lakin kifayət qədər dolğun məlumat əldə etdim:


“Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” Quran 24/34


Gördüyünüz kimi, “Quran”ın əl-Nur Surəsində qadınlara ayıb yerləri və yaxalarını örtmələri tövsiyə edilir və bu geyim qaydalarını yalnız ayədə sadalanan xüsusi şəxslərin qarşısında yüngülləşdirməyə icazə verilir. “Quran” nöqteyi-nəzərindən nəyin “görünən qisimlər” olduğuna dair din xadimləri yekdil rəyə gələ bilmir və bunun təvsiri onların şəxsi rəyinə görə dəyişir. Amma bu o demək deyil ki, hər bir yarpağın da həyatını nəzarətdə saxlayan Tanrı bizə bu məsələdə təfərrüatları verməyi unudub, sadəcə olaraq Allah bu qərarı hər bir qadının seçiminə buraxıb desək, həqiqətə daha yaxın ola bilərik. Yalnız qadın öz duyğuları və dünya görüşündən irəli gələn qərarlar nəticəsində öz ayıb yerlərini örtür və görünəcək qisimlərini təyin edir. Onu Allah zəkalı məxluq olaraq yaradıb və Allah qarşısında o özü fərdi şəkildə cavab verməlidir. 


“Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir.” Quran 19/95


Buna baxmayaraq, bir sıra İslam ölkələri bizi inandırmağa çalışırlar ki, Allah qadınların saçlarını, hətta bədənlərinin hər qarışını örtməyə çağırır (yəqin ki, İslam ölkələrindən ölkəmizə gələn, ağızlarını və burunlarını belə örtən turist qadınları görmüsünüz). Lakin “Quran”da bu barədə heç bir söz yoxdur. Digər tərəfdən, bəzi din xadimləri deyir ki, “Quran”da qeyd edilməyən məsələlərin təfərrüatlarını alimlər hədis və digər vasitə ilə insanlara çatdırır…. Birincisi, ilk addımlarından səhvlər edən və gündə günahlarının bağışlanması üçün beş dəfə namaz əmri alan insana Allah hikmətlərini xırdalamağa imkan verməsi şübhə altındadır. İkincisi, niyə “qadınların taleyi məhz kişilərin əmrində olmalıdır” kimi suallar planetimizdə yaşayan milyardlarla insanı narahat edir? 


“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) örtüklərini örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.” Quran 35/59


Yuxarıdakı ayədə Allah qadınlara “örtüklərini örtmələrini” əmr edir. Yenə deyirəm, Allah örtüyün konkret uzunluğunu və dizaynını müəyyən etmir. Saleh qadın kimi tanınmaq və kənar şəxslər tərəfindən incidilməmək üçün hər bir qadına hansı uzunluğun ona uyğun olduğuna özünə qərar vermək hüququ verir. 


“Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.” Quran 24/30


Allah həm kişiləri, həm də qadınları bir-birinə şəhvətlə baxmamaqla, baxışlarını ram etməyə çağırır. Bu, bizə istəklərimizi cilovlamağa, şirnikləndiricilərə qarşı müqavimət göstərməyə və nəhayət, öz iffətimizi qorumağa və özümüzü saleh aparmağa imkan verir. 

Əgər Allah qadınları təpədən dırnağa qədər örtməyə məcbur edirsə, bəs niyə kişilərə “gözlərini çevirməyi” əmr edir? Deməli, “Quran”ın nazil olduğu dövrdə kişilər qadın gözəlliyinə heyran ola bilirdilər və buna görə də günahkar düşüncələrə yol verməyərək özlərinə nəzarət etməli idilər.


“Ey Adəm balaları! Sizin üçün ayıb yerlərinizi örtmək və yaraşıq üçün libaslar nazil etdik (yaratdıq). Lakin ən gözəl libas Salehlik geyimidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar.” Quran 7/26


Allah bizə deyir ki, əynimizə geyinə biləcəyimiz ən yaxşı libas salehlik libasıdır. Eyni zamanda deyir ki, libasları bizə həmdə yaraşıq üçün nazil edib – deməli bizim yaraşıqlı olmağımızı istəyir… Qaranlıq otaqda biz heç nə görmürük, əksinə işıqlı aləmdə isə biz bütün rəngləri görməklə yaraşıqlı duyğular yaşayırıq və bu təbiəti və aləmi yaradan uca Allahdır. O, hər şeyi biləndir, hikmət sahibidir. Bizi də yaratdığı təbiət kimi yaraşıqlı görmək iatəyir, bizə çətinliklər yaratmaq istəmir. Bizdən nəyi tələb edirsə, nəsihət edirsə və ya əmr edirsə, ruhumuzun xeyrinədir. Bu dünyaya gəlməkdə yeganə məqsədimiz yalnız saleh həyat sürməklə Allahın dərgahına pak qayıtmaqdır. 

Mənim fikrimcə hər bir qadın Allaha yaraşacaq və razı qalacaq şəkildə geyinib -geyinməyəcəyinə özü qərar verməlidir, çünki Allah onu və kişiləri müstəqil fərd kimi yaradıb və dərgahına pak qayıdışını gözləyir. Bir daha Məryəm sürəsinin ayəsini təkrar edirəm:


“Onların hamısı qiyamət günü tək-tənha Allahın hüzuruna gələcəkdir.” Quran 19/95


Lakin bir sıra islam ölkələrində qadınlara qarşı belə sərt qaydalarla iffəti qorumaq istəyən hökmdarlar özləri İslamda vacib qayda - insan təsvirini təbliğ etmə qadağasına əməl etməyərək, xiyaban və digər ictimai yerlərdə öz portretlərini təşviqat edirlər. Niyə bu günə qədər nə Peyğəmbərimizin, nə də imamlarımızın təsvirləri yoxdur? O zamanlar rəssamlar yox idi? Var idi – sadəcə olaraq, Allahdan başqa sitayiş ediləsi varlığın olmadığı postulata ciddi riayət və hörmət edərək onlar öz təsvirlərini təbliğ etmirdilər.

“De: “Ey kitab əhli! Nə üçün (həqiqəti) gördüyünüz halda onu əyri göstərmək məqsədilə iman gətirənləri Allahın yolundan döndərməyə çalışırsınız? Allah sizin etdiklərinizdən qafil deyildir.” Quran 3/99

İranda heyrətamiz dərəcədə yüksək inflyasiya, iqtisadiyyatına qarşı ağır beynəlxalq sanksiyalar, su böhranı və regional gərginlik kimi ciddi problemləri də rəsmi Tehrana Allah nəsib etməyib – buna hökumət məmurları gündəlik verdikləri qərarlar nəticəsində gəlib çıxıb. “Əxlaq Polisi” kimi qurumları ləğv etməsi vəziyyəti sabitləşdirə bilməz.

Xalqın narazılığı isə getdikcə artır. Son illərdə bir neçə ümummilli iğtişaşlar baş verib, ölkənin müxtəlif yerlərində ara-sıra regional mitinqlər keçirilir.

İran hökuməti “Əxlaq Polisi”ni ləğv etməklə etiraz edənlərin dəstəyini qazanmadan, nümayişçiləri sakitləşdirmədən öz tərəfdarlarının böyük bir hissəsini həmişəlik itirəcək. Ona görə ki, etirazçılar artıq məcburi hicabdan imtina etməkdən daha çox şey istəyirlər. Son hadisələr göstərir ki, etirazçılar tələblərinə ciddi məmnunluq qazanmayanadək mitinqlərini davam etdirəcəklər.

Lakin bir sıra dövlət və din xadimləri bunu anlamaq istəmir və köhnə “qəlib”lərlə hərəkət edirlər. Bu sırada Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan İranda son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. O, İran rəsmilərinin fikirlərini təkrar edərək, etirazçıları "düşmən" adlandırıb və onları terrorçu, iğtişaşçı kimi qələmə verərək nümayişçilərin hərəkətlərini pisləyib. İranda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu iddia edən erməni din xadimi etirazçıları fitnəkarlıqda ittiham edib. Çiftçiyan etiraz aksiyalarının yatırılmasını istəyib və bu yöndə İran hökumətinin repressiv addımlarına dəstək verdiklərini bildirib.

Odur ki Sizdən soruşsalar ki, ağıllınız kimdir, əminliklə deyə bilərsiniz ki qabaqda gedən zəncirli. 

Burada mənə, sadəcə, hamını Allahın özünə tapşırmaq qalır. Allah hamının ürəyincə versin!



Vahid Mustafayev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran hökuməti Xameneyinin qohumunu “qatil rejimi” pislədikdən sonra həbs edib

    İran hökuməti Xameneyinin qohumunu “qatil rejimi” ...

    28-11-2022, 10:48

  • 
  • İran İraqla sərhədlərinə əlavə qoşun yerləşdirib

    İran İraqla sərhədlərinə əlavə qoşun yerləşdirib ...

    26-11-2022, 14:29

  • 
  • İran hökumət qüvvələri Zəncandakı aksiyalarda iki gənci öldürüb

    İran hökumət qüvvələri Zəncandakı aksiyalarda iki ...

    23-09-2022, 15:21

  • 
  • Təbrizin parlamentdəki millət vəkilləri Məhsa Əmininin ölümü ilə bağlı hökuməti tənqid edib

    Təbrizin parlamentdəki millət vəkilləri Məhsa ...

    26-09-2022, 11:31

  • 
  • Tehranda hicabsız dolaşan qadınlar risk altındadır

    Tehranda hicabsız dolaşan qadınlar risk altındadır ...

    16-07-2019, 12:46


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu