GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin AZAL təyyarəsinin vurulması barədə ilk dəfə ƏTRAFLI danışdı: “İkinci səbəb Rusiyanın HHM sistemində texniki nasazlıq olub” - TAM MƏTN

Putin AZAL təyyarəsinin vurulması barədə ilk dəfə ƏTRAFLI danışdı: “İkinci səbəb Rusiyanın HHM sistemində texniki nasazlıq olub” - TAM MƏTN

Tarix: 9-10-2025, 18:17 Bölmə :Dünya Baxış: 7

 

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə tam açıqlama verib. O, ilk dəfə olaraq hadisənin detallarını və Rusiyanın məsuliyyətini açıq şəkildə dilə gətirib.

Putin çıxışında bildirib ki, bu məsələni görüşün əvvəlində xüsusi olaraq müzakirə etmək istəyib:

“Əvvəlcə ən həssas mövzudan – bizim səmasında baş verən aviasiya faciəsindən danışmaq istəyirəm. Hələ ilk telefon danışığımızda mən bu faciənin məhz Rusiyanın hava məkanında baş verməsinə görə üzr istəmiş, həmçinin həlak olanların ailələrinə ən səmimi başsağlığımı bildirmişdim. Bunu bu gün də bir daha təkrar edirəm və vurğulayıram ki, biz razılaşdırdığımız kimi, istintaqa bütün mümkün dəstəyi göstəririk.”

Rusiya lideri qeyd edib ki, artıq istintaq yekunlaşmaq üzrədir və hadisənin səbəbləri aydınlaşıb:

“İndi artıq bu faciənin səbəbləri barədə ümumi nəticə çıxarmaq mümkündür. Hadisə bir neçə amillə əlaqədardır.”

Putin bu amilləri belə sıralayıb:

Birinci səbəb — hava məkanında Ukrayna dronlarının olması.

“Təyyarənin qəzaya uğradığı gecə biz eyni anda üç Ukrayna pilotsuz uçuş aparatını izləyirdik. Onlar Rusiya sərhədini keçmişdilər.”

İkinci səbəb — Rusiyanın Hava Hücumundan Müdafiə sistemində texniki nasazlıqlar.

“HHM sistemindən buraxılan iki raket təyyarəni birbaşa vurmayıb, təxminən 10 metr məsafədə partlayıb. Ola bilsin, bu, raketlərin öz-özünə məhvi rejimi idi. Təyyarəyə zərbə əsasən raketlərin qəlpələri ilə dəyib. Buna görə pilot əvvəlcə hadisəni quşlarla toqquşma kimi qiymətləndirib və bu barədə dispetçerlərə məlumat verib. Bu fakt “qara qutularda” da təsdiqini tapır.”

Putin əlavə edib ki, ekipaja Mahaçqalada enmək təklif olunub, lakin onlar bazaya – Bakıya qayıtmaq qərarına gəliblər.

“Bu məlumatlar da “qara qutularda” dəqiq eşidilir,” – deyə o bildirib.

Rusiya Prezidenti qeyd edib ki, bütün bu nəticələr hadisə ilə bağlı texniki parametrlərin saniyə-saniyə təhlili əsasında müəyyən olunub.

“Bu sənədlər istintaq materiallarına daxildir və mənim Sizə dediklərim həmin məlumatlara əsaslanır.”

Putin vurğulayıb ki, Rusiya zərərçəkən ailələrə kompensasiya ödəyəcək və hadisəyə görə məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

“Əlbəttə, heç bir söz faciədə həyatını itirənləri geri qaytarmır, amma bizim borcumuz baş verənlərə obyektiv qiymət vermək və həqiqi səbəbləri müəyyən etməkdir. Bunun üçün müəyyən vaxt lazımdır. Mən bu məlumatları görüşümüz ərəfəsində – dünən və srağagün almışam. Hətta bu gecə də Moskvaya zəng edib, yeni detalların olub-olmadığını soruşdum. Mənə məlum olan bütün məlumatları Sizinlə bölüşdüm.”

Putinin bu çıxışı Rusiyanın ilk dəfə hadisənin texniki məsuliyyətini qismən qəbul etməsi kimi qiymətləndirilir./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bu Putinin məsuliyyəti etiraf etməsidir” – “Münasibətlərin normallaşması isə…”

    “Bu Putinin məsuliyyəti etiraf etməsidir” – ...

    9-10-2025, 22:51

  • 
  • “AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var”

    “AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə ...

    9-10-2025, 23:53

  • 
  • Putindən qəza ilə bağlı ilk açıqlama və Medvedyevə tapşırıq

    Putindən qəza ilə bağlı ilk açıqlama və ...

    25-12-2016, 19:27

  • 
  • Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

    Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini ...

    18-09-2018, 23:14

  • 
  • Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

    Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya ...

    12-02-2018, 11:37


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu