Gundemxeber.az » Dünya » Böyük Britaniya nazirindən qərar: Hərbçilərə PUA-ları vurmağa icazə veriləcək
Böyük Britaniya hərbçilərinə öz bazalarını təhdid edən pilotsuz uçuş aparatlarını (PUA) vurmağa icazə veriləcək.
Bu barədə "Telegraph" nəşri mənbələrə istinadən məlumat verib.
Məlumata görə, bu tədbirlər düşmən dövlətlərin pilotsuz uçuş aparatları təhlükəsinə qarşı tətbiq ediləcək.
İndi qoşunlar xüsusi avadanlığın köməyi ilə PUA-ları izləyə, onların siqnallarının qarşısını ala və uçuş trayektoriyalarını dəyişməyə məcbur edə biləcəklər.
Bildirilir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili bu gün qoşunlara Britaniya hərbi bazalarını təhdid edən pilotsuz təyyarələri vurmaq üçün yeni səlahiyyətlərin veriləcəyini elan edəcək. Nazir artan təhlükələrə cavab olaraq ölkənin ən mühüm hərbi bazalarını qorumaq üçün öz baxışını açıqlayacaq.
7-04-2016, 21:37
22-01-2017, 16:10
17-12-2015, 14:57
22-06-2017, 13:06
5-01-2021, 10:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?