Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın XİN başçısı Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında baş tutacaq görüşün təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib.
Gundemxeber.com xəbər verir ki, onun bu barədə bəyanatını "RIA Novosti" yayıb.
"Bir şey ki razılaşdırılmayıb, onu təxirə salmaq da mümkün deyil. Bəzi Qərb mənbələrinin dünən yazdıqlarını biz təsdiq etməmişik. Belə bir görüşün vaxtı və yeri barədə heç bir təsəvvürümüz yoxdur", - deyə diplomat bildirib.
O, həm də vurğulayıb ki, sözügedən görüş əhəmiyyətli olduğu üçün böyük hazırlıq işləri tələb edir.
Sorğu
Yeni dizaynımız necədir?