Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin diplomatik gücünə güvəndiyini və Ankaranın mövqeyinin Moskvada nəzərə alınacağına əmin olduğunu bəyan edib.
Bu barədə Ukrayna dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra birgə mətbuat konfransında bildirib:
"Türkiyənin Rusiya ilə müharibə üzrə prinsipial mövqeyi Ukrayna üçün çox vacibdir. Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkür etmək istəyirəm. İlin sonuna qədər əsir mübadiləsini bərpa etməyə ümid edirəm. Türkiyə bu baxımdan əhəmiyyətli dəstək verir", - deyə Zelenski vurğulayıb.
"Rusiya-Ukrayna münaşişəsində qan tökülməməsini istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesinə qarşı konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyirik".
Gundemxeber.com "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, Ukraynadakı müharibənin həlli ilə bağlı da fikir mübadiləsi aparılıb: "Türkiyə atəşkəsi sürətləndirəcək və ədalətli, davamlı sülhə yol açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırdır. Bu kontekstdə müttəfiqimiz ABŞ-nin prosesdə iştirakını da yüksək qiymətləndiririk", - deyə Ərdoğan vurğulayıb.
Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenskinin görüşü başlayıb.
Gundemxeber.com bu barədə "TRTHaber"ə istinadən xəbər verir.
Sorğu
Yeni dizaynımız necədir?