Gundemxeber.az » Dünya » Tehrandan SƏRT MESAJ - "Güzəşt olmayacaq..."
ABŞ İranla bağlı hərbi yolla nail ola bilmədiyi məqsədlərinə indi danışıqlar masası arxasında çatmağa çalışır, lakin Tehran geri çəkilmək niyyətində deyil.
Bu barədə İranın vitse-prezidenti İsmayıl Saqab İsfahani bəyanat verib.
Gundemxeber.com-un xarici mediaya istinadən məlumatına görə, vitse-prezident rəqib tərəfin heç bir hədəfinə çata bilmədiyini vurğulayıb:
"Düşmən özünü fövqəldövlət hesab edərək heç bir nəticə verməyən müharibəyə girişdi. O, hərbi əməliyyatları 3-4 günə başa vurmağı planlaşdırsa da, çıxılmaz vəziyyətlə üzləşdi. Belə bir şəraitdə onların danışıqlar istəməsi tamamilə təbiidir. İndi onlar döyüş meydanında əldə edə bilmədiklərinə danışıqlar yolu ilə nail olmağa çalışırlar".
İsfahani qeyd edib ki, ölkəsi danışıqlar prosesində heç bir güzəştə getməyəcək:
"İranın cavabı aydındır: Döyüş meydanında qəbul etmədiyini, masa arxasında da qəbul etməyəcək".
Gundemxeber.com
24-11-2013, 12:01
13-03-2013, 10:44
26-02-2021, 15:19
1-04-2026, 22:20
25-03-2026, 13:00
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?