GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Tramp və Si: Hörmüz boğazı açıq qalmalıdır

Tramp və Si: Hörmüz boğazı açıq qalmalıdır

Tarix: 14-05-2026, 23:40 Bölmə :Dünya Baxış: 17

Sarayında

Ağ evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini bəyan ediblər. Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri Tehran bu strateji su yolunu faktiki olaraq bağlayıb. Hərbi əməliyyatlara qədər dünyadakı neft və mayeləşdirilmiş qaz (LNG) tədarükünün 20 faizi məhz bu marşrut vasitəsilə daşınırdı.

Vaşinqton tərəfi Pekin sammitini "yaxşı görüş" kimi dəyərləndirib. Bildirilib ki, Tramp və Si İran böhranı, fentanil qaçaqmalçılığı, ABŞ şirkətlərinin Çin bazarına çıxışı, həmçinin Pekinin Amerikaya investisiyalarını artırması və ABŞ-dən əlavə kənd təsərrüfatı məhsulları idxal etməsi məsələlərini müzakirə ediblər. Ağ evin bəyanatında deyilir: "Tərəflər qlobal enerji axınının sərbəst davam etməsi üçün Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi barədə ortaq məxrəcə gəliblər".

Çin tərəfinin yaydığı rəsmi açıqlamada isə Hörmüz boğazının adı birbaşa çəkilmir. Orada sadəcə iki liderin Yaxın Şərq, Ukrayna və Koreya yarımadası kimi ümumi mövzular barədə danışdığı bildirilir.

Çin hazırda İran neftinin ən böyük alıcılarından biridir və Tehran rejimi ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Buna görə də Vaşinqton istəyir ki, Pekin öz təsir rıçaqlarını işə salaraq İranı genişmiqyaslı sülh sazişini qəbul etməyə və Hörmüzdəki dəniz məhdudiyyətlərini yumşaltmağa razı salsın.

Amma Tramp Vaşinqtondan yola düşməzdən əvvəl ABŞ-nin bu münaqişənin həllində Çinin köməyinə ehtiyacı olduğu barədə iddiaları kəskin rədd edərək "İran məsələsində heç bir köməyə möhtac deyilik", — deyə cavab vermişdi.

"İran mövzusu ilə bağlı pərdəarxası çox ciddi və gərgin müzakirələrin aparılacağını gözləyirəm. Lakin bunun açıq şəkildə bəyan ediləcəyini düşünmürəm. Çünki bu cəhdlər nəticəsiz qalacağı təqdirdə Çin üçün ciddi reputasiya riski yarana bilər", — deyə "American Enterprise Institute"un eksperti İvon Çiu AzadlıqRadiosuna mövzunu şərh edib.

Görüşün sonunda Tramp Sini sentyabrın 24-də Ağ evə rəsmi səfərə dəvət edib.

Böyük vədlər, məhdud nəticələr – Tramp və Si Pekində görüşdü

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin mayın 14-də Pekində yüksəksəviyyəli danışıqlar keçiriblər. İki lider görüşdə şəxsi münasibətlərini vurğulayıb, daha sıx əməkdaşlığın vacibliyini qeyd ediblər. Bu sammit dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyin artdığı bir vaxtda baş tutub.

Trampı hərbi orkestrin ifası, top atəşləri və əllərində bayraq və çiçəklər tutmuş uşaqların iştirakı ilə təntənəli mərasim ilə qarşılayıblar. O, Xalq Yığıncaqları Sarayında çıxışında deyib: "Sizinlə burada olmaq mənim üçün böyük şərəfdir. Sizin dostunuz olmaq şərəfdir və Çin-ABŞ münasibətləri əvvəlkindən daha yaxşı olacaq".

S.Cinpin isə daha ölçülü tonla danışıb. O, sammiti qlobal qeyri-sabitliyin artdığı fonda Pekin və Vaşinqtonun rəqabəti idarə edib-etməyəcəyinin sınağı kimi dəyərləndirib.

Si vurğulayıb ki, əsas sual Çin və ABŞ-nin "Fukidid tələsi"ni aşaraq böyük güclər arasında yeni münasibətlər modelinə yol aça bilib-bilməyəcəyi ilə bağlıdır. Bu nəzəriyyə yüksələn bir güclə mövcud hegemon dövlət arasında qaçılmaz olaraq yaranan rəqabət və qarşıdurma tendensiyasını ifadə edir.

"Biz rəqib deyil, tərəfdaş olmalıyıq, bir-birimizin uğuruna nail olmalı, birlikdə inkişaf etməli və yeni dövrdə böyük dövlətlərin bir-biri ilə düzgün münasibət qurma yolunu müəyyənləşdirməliyik", –Si bildirib.

Tramp və Si 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdən sonra ilk dəfə üzbəüz danışıqlar aparırlar. Bu, həmçinin Trampın 2017-ci ildən bəri Çinə ilk səfəridir.

Donald Tramp və Si Cinpin Pekindəki Səma Məbədini ziyarət edirlər
Donald Tramp və Si Cinpin Pekindəki Səma Məbədini ziyarət edirlər

Si Cinpindən Trampa Tayvan xəbərdarlığı və iqtisadi vədlər

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin mayın 14-də Pekində danışıqları iki saatdan çox çəkib.

Danışıqlarda Tayvan məsələsi əsas mövzulardan biri olub. Çinin "Sinxua" dövlət xəbər agentliyinin məlumatına görə, Si Trampa xəbərdarlıq edib ki, bu problemin yanlış idarə olunması iki ölkəni birbaşa qarşıdurmaya sürükləyə bilər.

"Bu məsələ düzgün idarə olunarsa, iki ölkə sabitliyi qoruya bilər. Əks təqdirdə, iki ölkə toqquşa və hətta qarşıdurma yarana bilər ki, bu da ABŞ-Çin münasibətlərini son dərəcə təhlükəli vəziyyətə salar", – Si bildirib.

Daha əvvəl yayılmış məlumata görə, Tramp administrasiyası Pekinlə gərginliyi artırmamaq üçün sammit ərəfəsində Tayvan üçün 13 milyard dollarlıq silah paketi ilə bağlı Konqresə bildirişin göndərilməsini təxirə salıb. Si hələ fevralda telefon danışığı zamanı Trampı bu məsələyə son dərəcə ehtiyatla yanaşmağa çağırmışdı.

Ticarət və iqtisadi gərginlik də danışıqlarda mühüm yer tutub. Amma ilkin nəticələr irəliləyişin məhdud olduğunu göstərir.

Pekin yüzlərlə Amerika kəsim məntəqəsinə Çinə mal əti ixracını bərpa etmək üçün yenidən lisenziya verib. Lisenziyaların müddəti Trampın Çin mallarına əvvəlki tarifləri tətbiq etməsindən sonra - 2025-ci ilin martında başa çatmışdı. Bu addım tariflər, ixrac məhdudiyyətləri və təchizat zəncirləri ilə bağlı bu gün Pekində aparılan daha geniş danışıqlar öncəsi məhdud xoşməramlı jest kimi qiymətləndirilir.

Digər tərəfdən, Si ABŞ-nin biznes nümayəndə heyətinə Çinin xarici bazarlara daha geniş açılacağını vəd etsə də, hələlik heç bir konkret öhdəlik açıqlamayıb.

"Çinin xarici dünyaya qapıları getdikcə daha da geniş açılacaq. Amerika şirkətlərini Çində daha parlaq perspektivlər gözləyir", – Çin dövlət mediası Sinin sammitdə dediklərindən sitat gətirib.

Donald Tramp Pekindəki Xalq Yığıncaqları Sarayına gəlişi zamanı Si Cinpin ilə əl sıxışır.
Donald Tramp Pekindəki Xalq Yığıncaqları Sarayına gəlişi zamanı Si Cinpin ilə əl sıxışır.

Təhlilçi: Tramp-Si görüşü strateji rəqabəti zəiflətməyəcək

AzadlıqRadiosunun Çin üzrə müxbiri Reyd Stendişin yazdığına görə, nikbin açılış bəyanatlarına baxmayaraq, sammit ticarət, Tayvan, texnologiya, İran və Ukrayna kimi münaqişələr ətrafında getdikcə dərinləşən fikir ayrılıqları fonunda keçirilir. Təhlilçilər hesab edir ki, sammit simvolik jestlər və ya məhdud razılaşmalarla nəticələnsə belə, Vaşinqton ilə Pekin arasındakı strateji rəqabət mahiyyətcə zəifləməyəcək.

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə keçmiş köməkçisi Daniel Rassell AzadlıqRadiosuna deyir: "İstənilən iddialı bəyanatlara baxmayaraq, uzunmüddətli istiqamət strateji rəqabət olaraq qalır. Əldə edilən nəticələrin əksəriyyəti məhdud və anlıq maraqlara əsaslanan müvəqqəti xarakter daşıyacaq, hər an yenidən qüvvədən düşə bilər".

Ticarət gərginliyi Trampın Pekin gündəliyinin mərkəzində dayanır. Si isə illərlə ziddiyyətlərin dərinləşməsinə baxmayaraq, Çini sabit və əməkdaşlığa açıq tərəfdaş kimi təqdim etməyə çalışır.

Rassell mövzunu belə şərh edir: "Tramp aralıq seçkilər ərəfəsində və ABŞ-nin İran münaqişəsinə cəlb olunduğu bir vaxtda sabitlik istəyir. O, həmçinin bunu böyük şəxsi diplomatik uğur kimi təqdim etmək niyyətindədir. Pekin isə daxili iqtisadi təzyiqləri idarə etməyə çalışdığı bir vaxtda xarici mühitin sabit qalmasında maraqlıdır. Böyük iddialı ritorika ilə bəzədilmiş məhdud və taktiki nəticələr gözləmək olar".

Tramp və Si ötən il Cənubi Koreyada görüş zamanı sürətlə artan ticarət mübahisəsini yumşaltmağa razılaşmışdı. Bundan əvvəl Pekin ABŞ tariflərinə cavab olaraq nadir torpaq elementlərinin ixracına geniş məhdudiyyətlər tətbiq edəcəyi ilə hədələmişdi. Çin həmin tədbirləri bir il müddətinə təxirə saldı. Bu müvəqqəti razılaşmanın uzadılıb-uzadılmayacağı sammitin əsas mövzularından biridir.

Bundan başqa, smartfonlardan tutmuş, qırıcı təyyarələrə qədər ən müxtəlif sahələrdə tətbiq olunan 17 mineraldan ibarət nadir torpaq elementləri Pekinin əlində mühüm təsir rıçaqına çevrilib. Qabaqcıl texnologiyalar və qlobal təchizat zəncirləri uğrunda rəqabətin kəskinləşdiyi bir dövrdə Çin bu elementlərin dünyadakı hasilat və emal gücünün böyük hissəsinə təkbaşına nəzarət edir.

Tayvan Sahil Mühafizə gəmisinin heyət üzvü adanın şərq sularında Çin sahil mühafizə gəmisini müşahidə edir.
Tayvan Sahil Mühafizə gəmisinin heyət üzvü adanın şərq sularında Çin sahil mühafizə gəmisini müşahidə edir.

Pekin Hind-Sakit okean regionunda ABŞ-ni geri oturtmağa çalışır – ekspert

"American Enterprise Institute"un eksperti İvon Çiu bildirib ki, Si Trampdan qabaqcıl texnologiyalara ixrac məhdudiyyətlərinin yumşaldılmasını istəyəcək və Vaşinqtonun Çin mallarına əlavə tariflər tətbiq etməyəcəyinə dair təminat almağa çalışacaq.

Təhlilçilərin fikrincə, Tayvan məsələsi də danışıqlarda əsas mövzulardan biri olacaq. Pekin üçün bu, ən həssas təhlükəsizlik məsələsidir. Çin özünü idarə edən adanı öz suveren ərazisi sayır və bildirir ki, lazım gəlsə, müharibə yolu ilə də olsa, onu materikə birləşdirəcək. Çin rəsmilərinin Trampa Birləşmiş Ştatların Taypeyə dəstəyini azaltması və adaya silah satışını məhdudlaşdırması üçün təzyiq göstərəcəyi gözlənilir.

"Si Cinpin istəyir ki, Tayvan məsələsində ya müəyyən güzəştlər qazansın, ya da Çinin adaya təzyiqi artıracağı halda Trampın necə davranacağına dair təminat alsın. Bunun arxasında Pekinin daha böyük strateji məqsədi dayanır – ABŞ-ni Hind-Sakit okean regionunda geri oturtmaq", - Çiu AzadlıqRadiosuna bildirib.

Tramp sammit öncəsi çıxışlarında diqqəti ticarət və investisiyalara yönəldib. Çinin ABŞ kənd təsərrüfatı məhsulları, təyyarələr və digər malların alışını artırması da razılaşdırıla bilər. ABŞ prezidentini səfərdə "Tesla"nın baş direktoru İlon Mask, "Nvidia"nın rəhbəri Censen Huanq və "Apple"ın baş direktoru Tim Kuk daxil olmaqla, bir sıra tanınmış biznes rəhbərləri müşayiət edir.

İrandakı müharibə və süni intellekt sahəsində rəqabətin də müzakirələrdə mühüm yer tutacağı gözlənilir. Tramp Vaşinqtondan yola düşməzdən əvvəl bildirib ki, səfər zamanı həbsdə olan Honqkonq media maqnatı Cimmi Leyin məsələsini də qaldırmağı planlaşdırır.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyalı ekspert: "ABŞ-ın təzyiqləri Hörmüz boğazının bağlanmasına gətirib çıxara bilər"

    Rusiyalı ekspert: "ABŞ-ın təzyiqləri Hörmüz ...

    5-11-2018, 19:59

  • 
  • İran üç gəmiyə hücum edildikdən sonra Hörmüz boğazında iki yük gəmisini ələ keçirdiyini bildirir

    İran üç gəmiyə hücum edildikdən sonra Hörmüz ...

    27-04-2026, 17:27

  • 
  • İrandan ABŞ-a təhdid: Hörmüz bağlanacaq

    İrandan ABŞ-a təhdid: Hörmüz bağlanacaq ...

    25-09-2018, 10:56

  • 
  • Tramp İranda müharibə ilə bağlı xalqa müraciət etdi: "Bizə Hörmüz boğazı lazım deyil"

    Tramp İranda müharibə ilə bağlı xalqa müraciət ...

    2-04-2026, 09:58

  • 
  • Donald Tramp Çin mallarına gömrük rüsumu tətbiq edəcək

    Donald Tramp Çin mallarına gömrük rüsumu tətbiq ...

    31-05-2018, 14:12


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu