GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Trampın yeni "NATO planı" Rusiyanı qorxuya salıb: ABŞ "qoca qitə"ni silahlanmağa niyə məcbur edir

Trampın yeni "NATO planı" Rusiyanı qorxuya salıb: ABŞ "qoca qitə"ni silahlanmağa niyə məcbur edir

Tarix: 6-07-2026, 18:07 Bölmə :Dünya Baxış: 82


Avropa ölkələrinin öz müdafiə xərclərini rekord səviyyədə artırmaq niyyəti Rusiyanın təhlükəsizlik hesablamalarını da ciddi şəkildə dəyişdirir... NATO-nun növbəti sammitində isə Avropa ölkələrinin Ağ Evin "5 faizlik müdafiə xərcləri" tələbini hansı səviyyədə qəbul edəcəyi də aydınlaşacaq...

ABŞ və NATO arasında mövcud olan kəskin ziddiyyətlər azalmaq əvəzinə daha da dərinləşməkdə davam edir. Belə ki, Ağ Ev sahibi Donald Tramp NATO-nu davamlı şəkildə hədəfə alaraq, ittiham etməyə xüsusi həvəs göstərir. Və prezident Donald Trampın sərt mövqeyində əsas məqsədin məhz Avropa ölkələrini "qoca qitə"nin təhlükəsizliyinin bütün maliyyə yükünü daşımağa məcbur etmək olduğu bildirilir.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın NATO barədə son açıqlamaları Ağ Evin transatlantik təhlükəsizlik sisteminə yanaşma tərzinin əvvəlki dövrlə müqayisədə daha sərt məzmun daşıdığını göstərir. Belə ki, Ağ Ev sahibi, ABŞ-ın NATO-ya ayırdığı milyardlarla dollarlıq maliyyə vəsaitini "mənasız xərclər" kateqoriyasına aid edir. Onun fikrincə, Ağ Ev uzun onilliklər ərzində bu hərbi-siyasi alyansın əsas maliyyə yükünü daşısa da, ABŞ bunun müqabilində adekvat siyasi və iqtisadi fayda əldə etməyib.

fcd7789e-49aa-4eee-8030-4ba70713626d.jpg (137 KB)

Maraqlıdır ki, prezident Donald Trampın sözlərinə görə, 2014-2025-ci illər ərzində ABŞ NATO çərçivəsində təxminən 999 milyard dollar xərcləyib. Müqayisə üçün Böyük Britaniyanın xərcləri 90,5 milyard, Fransanın 66,5 milyard, İtaliyanın 48,8 milyard, Polşanın isə 44,3 milyard dollar olub. Ağ Ev sahibi Donald Tramp məhz bu rəqəmləri misal göstərərək, ABŞ vergi ödəyicilərinin Avropanın təhlükəsizliyini maliyyələşdirməsinin artıq qəbuledilməz olduğunu vurğulayıb.

Onu da nəzərə almaq lazımdır ki, Ağ Ev sahibinin NATO və Avropa Birliyinə qarşı belə sərt ritorikası qətiyyən təsadüfi deyil. Belə ki, prezident Donald Tramp hakimiyyətə qayıdışından sonra Ağ Evin NATO siyasətində əsas prioriteti Avropa dövlətlərini daha böyük maliyyə və hərbi məsuliyyət götürməyə məcbur etməkdən ibarətdir. Ağ Evdə hesab edirlər ki, Rusiya ilə hərbi qarşıdurmanın əsas yükü məhz Avropa ölkələrinin üzərində olmalıdır. ABŞ isə yalnız strateji nüvə çəkindiriciliyinə, yüksək texnologiyalara və qlobal hərbi balansın qorunmasına fokuslanmalıdır.

Ağ Evin bu yanaşma tərzini ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker də təsdiqləyib. O, bildirib ki, NATO-nun Ankara sammitində müttəfiqlər ötən il qəbul edilmiş öhdəliklərin icrası barədə ilk hesabatı təqdim edəcəklər. ABŞ alyansa bütün üzv dövlətlərdən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizi səviyyəsinə çatdırmağı gözləyir. Metyu Uitaker vurğulayıb ki, ABŞ artıq bu göstəricini üstələyir. Və Avropa ölkələri də "qoca qitə"nin müdafiə sisteminə görə əsas maliyyə məsuliyyətini öz üzərinə götürməlidir.

00f6f2b8-df38-4c1f-bd1d-6913d7f2a2a3.jpg (162 KB)

Bütün bunlardan belə anlaşılır ki, əslində, Ağ Evin məqsədi ABŞ-ın NATO-dan uzaqlaşdırılması deyil. Əksinə, ABŞ-ın əsas məqsədi bu hərbi-siyasi alyans daxilində məsuliyyət yükünün yenidən bölüşdürülməsinə nail olmaqdır. Çünki ABŞ Çinlə qlobal rəqabəti daha prioritet hesab etdiyindən Avropadakı hərbi resurslarının bir hissəsini Hind-Sakit okean istiqamətinə yönəltmək istəyir. Və bu isə Avropa dövlətlərinin həm hərbi büdcələrini artırmasını, həm də silah istehsalını sürətləndirməsini zəruri edir.

Məhz ona görə son aylarda Almaniya, Polşa, Fransa və Böyük Britaniya məcbur qalaraq, öz tarixlərinin ən böyük silahlanma proqramlarını həyata keçirməyə başlayıblar. Eyni zamanda, Avropa Birliyi də müdafiə sənayesinin genişləndirilməsi, sursat istehsalının artırılması və ortaq hərbi layihələrin maliyyələşdirilməsi istiqamətində yeni mexanizmlər hazırlayır.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın NATO-ya qarşı sərt bəyanatları bu hərbi-alyans daxilində siyasi gərginliyi də ciddi şəkildə artırır. Çünki bir sıra Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin yaxın gələcəkdə "qoca qitə" üçün əvvəlki qədər etibarlı olub-olmayacağı ilə bağlı narahatdırlar. Və bu səbəbdən də, Avropa ölkələri hərbi-strateji muxtariyyət ideyasını daha fəal şəkildə gündəmə gətirir.

ab3f3e3c-0c03-42d2-95b3-96f5eabe18cd.jpg (170 KB)

Bütün bunlarla yanaşı, Avropa ordularının ABŞ-ın hərbi imkanlarını qısa müddətdə əvəz edə biləcəyi hələlik o qədər də real görünmür. Üstəlik, Rusiya da ABŞ, NATO və Avropa Birliyi arasındakı bu prosesləri çox diqqətlə izləyir. Kremldə hesab edirlər ki, NATO daxilində maliyyə problemləri və siyasi fikir ayrılıqları bu hərbi-siyasi alyansın birliyini ciddi şəkildə zəiflədə bilər.

Digər tərəfdən, Avropa ölkələrinin öz müdafiə xərclərini rekord səviyyədə artması Rusiyanın təhlükəsizlik hesablamalarını da dəyişdirir. Bütün bunlar isə öz növbəsində ABŞ və Qərb ilə Rusiya arasında yeni silahlanma yarışını daha da sürətləndirə bilər. Yəni, ABŞ prezidenti Donald Trampın NATO-ya qarşı sərt bəyanatları əslində, yalnız tərəflər arasında maliyyə mübahisəsi deyil. Çünki ABŞ qlobal strategiyasının ciddi şəkildə dəyişir və Avropa məkanına daha çox hərbi-siyasi məsuliyyət ötürmək istəyir.

Göründüyü kimi, bu ziddiyyətləri həm də NATO-nun gələcək strukturunun yenidən formalaşdırılması prosesinin tərkib hissəsi də hesab etmək olar. Ona görə də, NATO-nun növbəti sammitində Avropa ölkələrinin Ağ Ev tərəfindən irəli sürülən 5 faizlik müdafiə xərcləri tələbini nə dərəcədə qəbul edəcəyi böyük ölçüdə aydınlaşa bilər. Və bu baxımdan, "qoca qitə" dövlətlərinin ABŞ-ın üzərindən təhlükəsizlik yükünün əhəmiyyətli hissəsini götürməyə hazır olub-olmayacağı da tezliklə məlum olacaq./Musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO Trump-a sərt xəbərdarlıq etdi

    NATO Trump-a sərt xəbərdarlıq etdi ...

    14-11-2016, 17:51

  • 
  • Tramp və NATO-ya qarşı aksiya

    Tramp və NATO-ya qarşı aksiya ...

    9-07-2018, 08:38

  • 
  • Trampın NATO qalmaqalı: Gürcüstan hədəfə çevrilə bilər

    Trampın NATO qalmaqalı: Gürcüstan hədəfə çevrilə ...

    13-07-2018, 22:21

  • 
  • Aİ və Britaniya mayın 19-da keçiriləcək sammitdə təhlükəsizlik paktı imzalamaq istəyir

    Aİ və Britaniya mayın 19-da keçiriləcək sammitdə ...

    15-04-2025, 10:14

  • 
  • ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro NATO-ya üzv olur

    ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro ...

    29-03-2017, 14:20


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu