GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?

İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?

Tarix: 14-07-2026, 23:36 Bölmə :Dünya Baxış: 4

bitmap-img6


Ötən həftə İranın keçmiş ali rəhbəri ayətullah Əli Xameneinin Məşhəd şəhərində baş tutan dövlət dəfn mərasimi İslam Respublikasında hakimiyyətin varisliyini və rejimin gücünü nümayiş etdirmək məqsədi daşıyırdı. Lakin bu ciddi şəkildə səhnələşdirilmiş mərasimin arxasında çox mühüm suallar dayanır: İranda real hakimiyyət indi kimin əlindədir və teokratik rejimin gələcəyi necə olacaq?

Mərasimdə ən diqqətçəkən məqamlardan biri Əli Xameneinin oğlu və onun rəsmi varisi sayılan Müctəba Xameneinin xalq qarşısına çıxmaması olub. "The New York Times" qəzetinin məlumatına görə, Müctəba Xamenei İsrailin mümkün hava zərbəsindən qorxduğu üçün atasının Tehrandakı dəfnində də iştirak etməyib. Mənbələr onun fevralın 28-də aldığı yaralardan sonra ictimaiyyət arasında demək olar ki, görünmədiyini və bunun ölkənin gələcək rəhbərliyi ətrafında qeyri-müəyyənliyi artırdığını bildirirlər.

Dəfn mərasimlərinin başa çatması ABŞ və İran arasındakı kövrək atəşkəsin pozulması dövrünə təsadüf edib. İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumlarına cavab olaraq, ABŞ iyun ayında imzalanmış memorandumdan bəri ilk dəfə İran ərazisinə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 13-nə keçən gecə İranın hava hücumundan müdafiə sistemlərinə, radar postlarına və raket komplekslərinə zərbələr endirildiyini açıqlayıb.

İyulun 14-nə keçən gecə də davam edən zərbələrin ardınca ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İranın blokadasını bərpa etdiyini bəyan edib: "Hörmüz boğazı İranla və ya İransız açıq qalıb və açıq qalacaq. Biz İranın blokadasını bərpa edirik, çünki bu, yalnız İran gəmilərinə və onunla əlaqəli müştərilərə aiddir". Tramp həmçinin əlavə edib ki, beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək müqabilində digər zəngin ölkələr ABŞ-yə böyük pullar ödəməli olacaqlar.

İrandakı mövcud vəziyyəti şərh edən Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin elmi işçisi Zineb Ribua bildirib ki, ayətullah Xameneinin təmtəraqlı dəfni real gücdən daha çox, rejim daxilindəki böhranı gizlətmək və daxili auditoriyaya "sabitlik" görüntüsü vermək cəhdi idi:

"ABŞ və İsrailin İrana qarşı keçirdiyi "Dastanvari Qəzəb" (Epic Fury) əməliyyatı bu rejimin nə qədər zəif olduğunu göstərdi. İranın proksi qüvvələrinin çoxu yararsız vəziyyətə düşdü. Yəməndəki husilər ABŞ-yə qarşı genişmiqyaslı hücumlara qoşulmadı, `Hizbullah` İsraillə müharibədə batıb qaldı, Suriya isə artıq İran üçün əvvəlki logistik baza deyil. Tehrana yalnız informasiya müharibəsi və "yumşaq güc" alətləri qalıb".

Ekspert qeyd edir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərar qəbuletmə prosesindəki rolu əhəmiyyətli dərəcədə artıb, lakin bu struktur daxilində də ciddi fikir ayrılıqları mövcuddur. Məsələn, prezident Məsud Pezeşkianın ABŞ-la danışıqlarda mövqeyi ilə SEPAH-ın mövqeyi fərqlənir. Eyni zamanda, parlament sədri Məhəmməd Baqer Qalibafın ambisiyaları SEPAH daxilindəki digər qruplarla toqquşur.

Digər tərəfdən, SEPAH-ın daxilində iqtisadi və maliyyə böhranı hökm sürür. Müharibə zamanı SEPAH əsgər çatışmazlığı səbəbindən uşaqları orduya cəlb etməyə başlayıb. Həmçinin ordu daxilində zabitlərin maaşlarının vaxtında verilməməsi, eyni zamanda "Hizbullah" döyüşçülərinə maliyyə ayrılması daxili narazılığı pik həddə çatdırıb.

Z.Ribuaya görə, İranın regional təcriddə olması artıq inkaredilməz faktdır: "İran qonşu ərəb ölkələrinə, o cümlədən BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına zərbələr endirdi. Onlar ərəb dünyasını öz tərəflərinə çəkə bilmədilər. Riyad və ya Dubayda ABŞ-İsrail əməliyyatına qarşı heç bir etiraz aksiyası keçirilmədi".

Ölkə daxilində isə iqtisadi çöküş, sürətli inflyasiya və su çatışmazlığı fonunda əhalinin rejimə qarşı qəzəbi artır. Yanvar ayında baş verən kütləvi etiraz aksiyalarından bəri rejim daha sərt repressiyalara, məhkəməsiz edamlara əl atır. Lakin insanlar artıq ölməyə hazırdırlar, çünki rejimin onlara təklif etdiyi yeganə şey - 1979-cu il inqilabının bitmək bilməyən davamıdır. Halbuki qonşu regionlar, məsələn, Azərbaycan və Ermənistan sülhə, ticarətin genişləndirilməsinə və modernləşməyə doğru gedir, Körfəz ölkələrinin iddialı inkişaf proqramları var. İranda isə nəsillər arası uçurum dərinləşir və teokratik idarəetmənin buna cavabı yoxdur.

Ekspert hesab edir ki, ABŞ və müttəfiqləri sıravi İran xalqına zərər vurmadan rejimə təzyiqi artırmaq üçün ilk növbədə Çinə təzyiqləri gücləndirməlidir: "İran neftinin 90 faizi Çinə gedir. Pekin həmçinin İrana raket və dron komponentləri tədarük edir. ABŞ Çinin sanksiyalardan yayınaraq ucuz İran neftini almasının qarşısını qətiyyətlə almalıdır".

Sonda ekspert vurğulayır ki, ABŞ-nin hərbi zərbələri ilə yanaşı, Maliyyə Nazirliyinin SEPAH-ın Dubay və digər mərkəzlərdəki gizli bank sistemini hədəf alması rejimə ağır zərbə vurub. Lakin İranın hələ də nüvə ambisiyaları və Körfəz ölkələrini təhdid edən raket arsenalı tam sıradan çıxarılmayıb, bu istiqamətdə təzyiqlər davam etdirilməlidir.
/“AzPolitika.info”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xameneinin dəfn mərasimi - İran əsrin vida mərasiminə hazırlaşır

    Xameneinin dəfn mərasimi - İran əsrin vida ...

    2-07-2026, 23:11

  • 
  • Xameneinin dəfn mərasimi ətrafında yaranan müzakirələr: izdiham, Trampın açıqlamaları və sosial mediada yayılan iddialar

    Xameneinin dəfn mərasimi ətrafında yaranan ...

    6-07-2026, 23:05

  • 
  • "İranın ali liderinin vəziyyəti ağırdır/ Əli Xameneinin Tweeter hesabı: Mənim üçün dua edin!"

    "İranın ali liderinin vəziyyəti ağırdır/ Əli ...

    8-05-2021, 19:12

  • 
  • Müctəba Xamenei ictimaiyyət qarşısına niyə çıxmır?

    Müctəba Xamenei ictimaiyyət qarşısına niyə çıxmır? ...

    3-04-2026, 20:47

  • 
  • Tramp: "Xameneinin oğlu İran rəhbərliyinə namizəd kimi mənim üçün qəbuledilməzdir"

    Tramp: "Xameneinin oğlu İran rəhbərliyinə ...

    6-03-2026, 23:45


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu