Gundemxeber.az » Dünya » Səhifə 1648
Britaniyanın Solsberq şəhərində QRU-nun sabiq əməkdaşı, Mİ6 üçün casusluq edən Sergey Skripalı zəhərləyən şəxslərin kimliyini müəyyən edib. Onlar Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsinin əməkdaşları Aleksandr Petrov və Ruslan Boshirovdur. Ancaq İngiltərə polisi bu şəxslərin saxta ad və soyaddan istifadə etdiyini istisna etmir.
ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Suriya hökümətinin üsyançıların nəzarətində olan İdlib vilayətində hücum zamanı kimyəvi silahdan istifadə edib-etməməsini izlədiyini bildirib. O qeyd edib ki, Suriya üsyançıları belə hücumlar keçirmək qabiliyyətinə malik deyil.
Əfqanıstan rəsmiləri paytaxt Kabildə güləş idman məktəbində iki bombanın partlaması nəticəsində azı 20 nəfərin öldüyünü, 60-dan çox insanın yaralandığını bildiriblər.
Emirates şirkətinə məxsus təyyarə Nyu-Yorkun Con F. Kennedi hava limanına qəbul edilib, lakin karantinə qoyulub. Dubaydan uçan təyyarənin sərnişinlərinin arasında bir neçəsinin xəstə olduğu bildirilib.
Ermənistan Baş Prokurorluğu "Şimal-Cənub" avtodəhlizinin tikintisi zamanı baş vermiş vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində keçirilən əməliyyatların humanitar böhrana gətirib çıxaracağını bildirib. Türkiyə prezidenti bunun nəticəsində yeni miqrant dalğasının yaranacağını qeyd edib.
“Haqqani şəbəkəsi” terror qruplaşmasının təsisçisi və lideri Cəlaluddin Haqqani uzun sürən xəstəlikdən sonra ölüb. Açıqlamada onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi və iflic olduğu bildirilir. Çərşənbə axşamı verilən məlumatda onun bazar ertəsi öldüyü bildirilir. Onun 70-80 yaşlarında olduğuna inanılır.
ABŞ-da qalmaqallı araşdırmaçı jurnalist Bob Vudvordun kitabında qeyd etdiyi siyasi və gizli məlumatlar media, eləcə də Ağ Evi bir-birinə qatıb. Ağ Evdə Trampa xəyanət edə biləcək şəxslərin olduğuna dair şübhələr böyüyür.
Aylardır gündəmdə olan İdlib əməliyyatı başladı. Rusiya qırıcıları 2 gün əvvəl İdlibdə uyğur, özbək və qırğız əsilli güclərin mövqelərini bombaladı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?