GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə

Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə

Tarix: 9-12-2025, 11:05 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 137

Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov və oğlu Orxan İsmayılzadə ilə bağlı qalmaqal yeni mərhələyə keçib. Azərbaycan vətəndaşı Fidan Abbasova Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək, uzun illər davam edən hüquq mübarizəsini və məhkəmə çətinliklərini detallı şəkildə təqdim edib.

Fidan Abbasova qeyd edir ki, o, 2012-2017-ci illər ərzində Orxan İsmayılzadə ilə faktiki ailə münasibətlərində yaşayıb. Bu münasibətdən onların Nil adlı qız övladı dünyaya gəlib.

“Hər kəs bizi ailə kimi tanıyırdı”, - deyə o bildirir. Müraciətdə qeyd olunur ki, bu illər ərzində həm yaxın ətraf, həm də Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov onları ailə kimi qəbul edib, hətta Fidanı gəlini, Nil adlı qızcığazı isə nəvəsi kimi tanıdığını göstərən çoxsaylı foto və videogörüntülər mövcuddur.

Lakin Fidan Abbasovanın dediyinə görə, münasibətlər qısa müddət ərzində kəskin şəkildə pozulub. Səbəb isə daha bir övladın dünyaya gələcəyi xəbəri olub. Müraciətdə qeyd edilir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadənin təzyiqi altında ikinci hamiləlik məcburi şəkildə sonlandırılıb. Bu hadisədən sonra tərəflər arasında münasibət tam qırılıb.

Fidan Abbasova qızının hüquqlarını qorumaq üçün Sabunçu Rayon Məhkəməsinə “atalığın müəyyən edilməsi” tələbi ilə müraciət edib. Lakin aldadılıb: “Məni notariusa aparıb aldatma yolu ilə iddiadan imtina ərizəsini imzalatdırdılar. Mən heç vaxt məhkəmədən imtina etməmişdim”.

Bu epizodla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.

Məhkəmə prosesi yenidən başlanandan sonra Sabunçu Rayon Məhkəməsi 4 dəfə DNT ekspertizası təyin edib. Hər dəfə Orxan İsmayılzadə və vəkilinə rəsmi bildiriş göndərilsə də, Orxan ekspertizadan yayınaraq iştirak etməyib. Nəticədə məhkəmə Fidan Abbasovanın iddiasını təmin edib, Nilin atasının Orxan İsmayılzadə olması məhkəmə qərarı əsasında tanınıb, müvafiq olaraq azyaşlının sənədlərində atası qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə sözləri yazılıb.

Orxan İsmayılzadə qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi iş üzrə 5-ci ekspertizanın keçirilməsinə qərar verib. Lakin şikayətçi bildirir ki, bu dəfə də Orxan İsmayılzadə prosesə qatılmayıb və məhkəmə ikinci instansiyada da iddiaçı Fidan Abbasovanın xeyrinə qərar çıxarıb.

Fidan Abbasovanın müraciətində ən kəskin ittihamlardan biri Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyevə yönəlib. O iddia edir ki, vəkil əvvəlcə ona iddiadan imtina etməsi üçün pul təklif edib, daha sonra isə açıq hədə-qorxu gəlib: “Dedi ki, Ali Məhkəmədə iş sizin xeyrinizə bitməyəcək”.

Fidan Abbasovanın sözlərinə görə, elə belə də olub. Orxan İsmayılzadənin kasasiya şikayəti əsasında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin onun xeyrinə olan qərarını ləğv edib. Səbəb kimi guya ekspertiza barədə bildirişin cavabdeh tərəfə çatdırılmaması göstərilib.

Fidan Abbasova isə bildirir ki, bütün bildirişlər iş materiallarında var, üstəlik, ekspertizanın birində onların iştirakı da olub: “5 dəfə ekspertiza təyin edilib, 5-də də Orxan iştirak etməyib. Buna baxmayaraq, Ali Məhkəmə qərarı ləğv etdi. Bu qərarın arxasında nə dayanır - bu da qaranlıqdır”.

Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır.

Şikayətçi qeyd edir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadə prosesin bilərəkdən uzadılacağını açıq şəkildə etiraf edirlər: “Deyirlər ki, məsuliyyətdən yayındırmaq üçün nə lazımdırsa edəcəklər”.

Fidan Abbasova bildirir ki, bütün bu proses bir ana və azyaşlı uşağın hüquqlarını tapdayır və artıq dözümlü olmaq mümkün deyil.

O, Prezident Administrasiyasına ünvanladığı müraciətdə işin əsassız uzadılmasının dayandırılması; atalığın müəyyən edilməsi barədə işin qanuni, ədalətli araşdırılması; qızının hüquqlarının təmin edilməsini istəyir.
Yazıda adıçəkilən şəxsləri dinləməyə hazırıq./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir məhkəmə oliqarx İsmayılovun oğlunun ekspertizadan keçirilməsi barədə qərar verdi – ŞOK GƏLİŞMƏ

    Daha bir məhkəmə oliqarx İsmayılovun oğlunun ...

    16-07-2024, 17:35

  • 
  • Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir“

    Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - ...

    17-05-2024, 17:40

  • 
  • Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı

    Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu ...

    18-04-2025, 12:16

  • 
  • Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

    Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – ...

    14-10-2024, 16:49

  • 
  • Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu – SENSASİON GƏLİŞMƏ

    Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu – ...

    7-05-2025, 22:39


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu