GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

Tarix: 19-02-2026, 22:09 Bölmə :Manşet / GündəmXəbər Baxış: 38

“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov işdən azad olunduqdan sonra qurumun fəaliyyətinə dair ictimai müzakirələr daha da intensivləşib. İctimaiyyətin və medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri isə səhiyyə müəssisələrində kadr təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi və bu prosesdə qeyri-rəsmi təsir mexanizmlərinin olub-olmamasıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, son illər ərzində bir sıra iri şəhər və rayon xəstəxanalarının direktorları, eləcə də müxtəlif tibb müəssisələrinin rəhbər vəzifələrinə təyinatlar zamanı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun “təqdimatı və ya razılığı” əsas rol oynayıb. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, səhiyyə sektorunda uzun müddətdir müzakirə olunan “mərkəzləşdirilmiş kadr təsiri” mövzusunu yenidən gündəmə gətirir.
Gundemxeber.com mediatv.az-a istinadən xəbər verir ki, səhiyyə kimi strateji sahədə rəhbər təyinatlarının şəffaf prosedurlar və peşəkarlıq meyarları əsasında aparılması vacib hesab olunur. Əgər kadr seçimi müəyyən bir şəxsin “süzgəcindən” keçmə prinsipi ilə həyata keçirilirsə, bu, idarəetmənin peşəkarlıq deyil, şəxsləşmiş modelə yönəldiyini göstərən təhlükəli tendensiya kimi qiymətləndirilə bilər.Səhiyyə kimi strateji sahədə direktor təyinatları ciddi meyarlara əsaslanmalıdır: peşəkar təcrübə, idarəçilik bacarığı, şəffaf seçim mexanizmi. Belə modeldə direktor faktiki olaraq onu təyin edən instituta deyil, onu təqdim edən qeyri-rəsmi təsir sahibinə bağlı olur. Bu isə sistemli korrupsiya və idarəetmə monopoliyası risklərini artırır. Əldə olunan məlumatlar göstərir ki, söhbət tək-tək epizodlardan getmir. Direktorların əksəriyyəti eyni təsir dairəsi vasitəsilə formalaşdırılıbsa, bu artıq sistemli strukturlaşma deməkdir.Araşdırmalar göstərər ki,TƏBİB-də daha geniş islahatlara ehtiyac vardır. Rəhbər təyinatları həqiqətən də qeyri-rəsmi təsir dairələri ilə formalaşıbsa, bu, bütün səhiyyə sistemində peşəkarlıq prinsipinin zədələnməsi deməkdir.
10 FA 100 dövlət qeydiyyat nişanı, 400 minlik qalmaqal və vəzifə yüksəlişi
2023-cü ildə mediada yayılan məlumatlar Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun fəaliyyəti ilə bağlı ciddi iddiaları gündəmə gətirmişdi. Həmin məlumatlarda onun yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməsi, hətta təcrübəsi və tibbi təhsili olmayan şəxslərin işə götürülməsi iddia olunurdu.Dövlət tibb müəssisəsi şəxsi ailə strukturu deyil və orada işə qəbul meyarları qanun və normativ aktlarla tənzimlənir.Mediada yayılan digər məlumatlarda direktorun bahalı avtomobillər alması, yüksək dəyərli mənzillərə sahib olması və ailə üzvlərinin adına müxtəlif obyektlərin açılması barədə iddialar yer almışdı.

Sosial şəbəkələrdə və tibbi çevrələrdə müzakirə olunan məsələlərdən biri də Fazil Alməmmədovun 10-FZ-100 dövlət qeydiyyat nişanlı bahalı avtomobildir. İddialara görə, nömrədəki “FZ” hərfləri rəhbərin adının Fazil — baş hərfləri ilə üst-üstə düşür. Bu uyğunluq təsadüf kimi təqdim oluna bilər. Lakin dövlət tibb müəssisəsinin rəhbərinin yüksək dəyərli avtomobil və “şəxsi identifikasiya” xarakteri daşıdığı iddia edilən nömrə ilə gündəmə gəlməsi ictimai rəy baxımından əlavə suallar yaradır.
Mediada yer alan digər xəbərlərə görə, ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən Fazil Alməmmədova qarşı 400 min manatlıq borc iddiası ilə məhkəmə müraciəti olunmuşdu. İddialara əsasən, məsələ sonradan “başqa müstəvidə” həll edilib.Daha diqqətçəkən məqam isə budur: 2025-ci ildə Adil Vilayət oğlu Məmmədzadəun həmin mərkəzdə direktor müavini təyin edildiyi bildirilir.Bütün bu iddialar — qohumların işə yerləşdirilməsi, bahalı həyat tərzi, iri borc qalmaqalı və sonradan vəzifə təyinatı — bir yerdə qiymətləndirildikdə artıq ayrı-ayrı təsadüfi hadisələr kimi görünmür.
Tibb sistemində “oliqarx” imici: Fazil Alməmmədov ətrafında formalaşan reputasiya nəyi göstərir?
Tibbi çevrələrdə bəzi rəhbər şəxslərin qeyri-rəsmi şəkildə “oliqarx” kimi tanınması təsadüfi reputasiya deyil — bu, adətən uzun illər ərzində formalaşan təsir dairəsi, geniş əlaqələr şəbəkəsi və qərarvermə proseslərində dominant rol iddiaları ilə bağlı olur. Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun da tibbi heyət arasında belə xarakterizə olunması, səhiyyə sistemində idarəetmə balansına dair sualları daha da artırır.Əgər müxtəlif xəstəxana rəhbərlərinin təyinatında müəyyən bir şəxsin təqdimatı və ya razılığı mühüm rol oynayırsa, bu, həmin şəxsin formal səlahiyyətlərdən daha geniş təsir imkanına sahib olduğu təəssüratı yaradır. Nəticədə, tibb işçiləri arasında “mərkəzi fiqur” obrazı yaranır.Fazil Alməmmədovun tibbi heyət arasında “oliqarx” kimi tanınması iddiaları — doğru və ya şişirdilmiş olmasından asılı olmayaraq — səhiyyə idarəçiliyində şəffaflıq, balans və institusional idarəetmə barədə ciddi suallar doğurur. Ən sağlam çıxış yolu isə rəsmi açıqlıq, maliyyə hesabatlarının şəffaflığı və kadr siyasətində açıq mexanizmlərin tətbiqidir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Günay Muradova rezidentura təhsili olmadığı halda, Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatını necə ala bilib?..

    Günay Muradova rezidentura təhsili olmadığı ...

    19-02-2026, 20:40

  • 
  • Vüqar Qurbanov xəstəxana rəhbərlərinə vaxt verdi

    Vüqar Qurbanov xəstəxana rəhbərlərinə vaxt verdi ...

    23-08-2024, 21:55

  • 
  • Səkinə Sadıqovanın “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub

    Səkinə Sadıqovanın “kadr islahatları” yüzlərlə ...

    12-09-2023, 16:42

  • 
  • MN: İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradılıb

    MN: İşğaldan azad olunan ərazilərdə 2 səhra ...

    17-12-2020, 17:33

  • 
  • TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR

    TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - ...

    5-12-2025, 23:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu