Gundemxeber.az » Ölkə » Heqset ABŞ ordusunun sursat ehtiyatından YAZDI
ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunun əsas sursatlarının tükəndiyinə dair məlumatlara münasibət bildirib.
Gundemxeber.org xəbər verir ki, o, özünə məxsus X hesabında CNN-in yaydığı məlumatla bağlı paylaşım edib: "Bu başlıq həqiqətə uyğun deyil".
Qeyd edək ki, dünən CNN mənbələrə istinadən Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü və ABŞ hərbi komandirlərinin arsenallarının vəziyyətindən ciddi şəkildə narahat olduğuna dair məlumat yayıb. Mənbənin sözlərinə görə, İranla müharibə hava hücumundan müdafiə ehtiyatlarının tükənməsinin əsas səbəbi olub. CNN mənbələrinə görə, ABŞ müharibədən əvvəlki səviyyələrlə müqayisədə THAAD tutucu raketlərinin təxminən 80 faizini, eləcə də Patriot raket ehtiyatının təxminən yarısını tükəndirib.
Associated Press-in iyulun sonlarında verdiyi məlumata görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn prezident Donald Trampa birbaşa məlumat verib ki, raket ehtiyatının hazırkı vəziyyəti Vaşinqtonun Tehrana qarşı genişmiqyaslı əməliyyat qabiliyyətini məhdudlaşdırır. Tramp isə hava hücumundan müdafiə raketləri də daxil olmaqla, sursat çatışmazlığının İrana qarşı tammiqyaslı hərbi əməliyyatların bərpa edilməməsinin səbəblərindən biri olduğu barədə məlumatları təkzib etmişdi.
Gundemxeber.org
4-03-2026, 23:50
4-05-2026, 23:20
3-01-2019, 15:51
25-06-2025, 15:01
4-09-2017, 11:34
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?