Gundemxeber.az » Ölkə » Vüqar Tofiqoğlu hansı oliqarxın (olmayan) vicdanının məhbusudur?
(Qarabağ Qazilərinin Qazi Jurnalist Vüqar Məmmədovu Müdafiə Komitəsinin Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri, hörmətli İnam Kərimova MÜRACİƏTİ)
Hörmətli Ali Məhkəmə sədri!
Sizə ölkənin baş məhkəmə hakimi kimi üz tutmaqda amacımız toplumsal müdafiəçisi olduğumuz “Hürriyyət” media qrupunun rəhbəri, qazi jurnalist Vüqar Tofiq oğlu Məmmədovun barəsində olan saxta , qondarma, sifarişli cinayət işinini şəxsi nəzarətinizə götürməyinizi diləməkdir. Vüqar bəyə olan haqsızlıq, özbaşınalıq elə həddədir ki, biz artıq onun hüquqlarının yox, özünün müdafiəsini fikirləşirik. Komitəmizin adından da “HÜQUQLARINI” sözünü çıxarmışıq. Nədən artıq Vüqar Məmmədovun heç bir HÜQUQU qalmayıb! Nə İNSAN, nə QAZİ, nə JURNALİST, nə MƏHBUS , nə VİCDAN ...HÜQUQU tanınır! Bu, Konstitusiya ilə təminat verilən təqsirsizlik prezumpsiyasının da pozulması deməkdir.
Hörmətli Məhkəmə Hüquq Şurasının sədri!
Biz Sizi obyektiv, humanist, ədalətli, qərəzsiz dövlət adamı kimi tanıyırıq. Dövlətin baş məhkəmə hakimi kimi Vüqar Məmmədovun yoxa çıxarılmış hüquqlarının bərpası nəzarətinizlə, işlə gözəyarı tanışlığınızla mümkündür. Görün media orqanının rəhbərinin, jurnalistin suçu nədir! Aylıq 200-400 manatlıq RƏSMİ reklam müqaviləsi BAĞLAMAQ! Reklam qiymətlərinin hətta saniyə hesabı ilə ölçülməsi bir yana, bəyəm mülki müqavilə bağlamaq, ona əməl edib-etməmək cinayət qanunveriliyi ilə araşdırılır? Hansı qanunda, hansı konstitusiyada yazılıb ki, vətəndaşa qarşı harada, neçənci ildə doğulduğuna, təhsil aldığına, ailəli olduğuna, jurnalist, baş redaktor olduğuna, ... görə ittiham irəli sürülsün? Vüqar Tofiqoğluna qarşı ittihamın mahiyyəti məhz budur! DOĞULDU, OXUDU ORTA TƏHSİL, ALİ TƏHSİL ALDI, EVLƏNDİ, AİLƏ, OĞUL-UŞAQ YİYƏSİ OLDU, İŞLƏDİ, MEDİA ORQANININ RƏHBƏRİ OLDU və ... RƏSMİ REKLAM MÜQAVİLƏSİ BAĞLADI! Belə ittiham olur? Heç VƏTƏNİ QORUMAĞI da “yüngülləşdirici” hal kimi vurğulanmayıb. Açıq qərəz, sifariş, özbaşınalıq, vicdansız davranış ortadadır. Vüqar Məmmədov hansısa oliqarx məmurun vicdan(sızlığının) məhbusudur.
Məhkəmə hakimiyyəti heç kəsin “razborka” meydanı deyil. Baş məhkəmə hakimi buna son qoymaqda çətinlik çəkməz. Sadəcə işlə gözucu tanışlıq yetər.
QAZİ JURNALİST VÜQAR TOFİQOĞLUNUN VƏTƏNİN MÜDAFİƏSİNDƏ XİDMƏTLƏRİNİ NƏZƏRƏ ALIB, HƏBS QƏTİMKAN TƏDBİRİNİN DƏYİŞDİRİLMƏSİ DİLƏYİ ilə
Məğrur Bədəlsoy,
Qarabağ Qazilərinin Qazi Jurnalist Vüqar Məmmədovu Müdafiə Komitəsinin baş katibi
P.S. Vüqar Tofiqoğlu dustaq ediləndən “Hürriyət” də “qəfəsə salınıb”, “girə bilmirik”. Penitensiar xidmətin də məhbusun hüquqlarına qadağa qoyduğunu bildik. Bunu kimin vicdanına yazaq? Belə davam edərsə, ŞƏHİDLƏR XİYABANINDA aclıq aksiyası keçirmək barədə fikirləşmək hüququmuzdan yararlanacağıq. Di gəl, fikir(ləşməy)ə görə də hüquqa qadağa göz qabağındadır...
6-05-2026, 15:11
24-07-2026, 12:08
21-11-2025, 14:21
30-03-2026, 19:18
4-05-2026, 14:02
Sorğu
Yeni dizaynımız necədir?