GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Baş Prokurorluq korrupsiyaya qarşı mübarizənin ölçülməsi ilə bağlı tədbir keçirdi

Baş Prokurorluq korrupsiyaya qarşı mübarizənin ölçülməsi ilə bağlı tədbir keçirdi

Tarix: Bu gün, 19:09 Bölmə :Ölkə Baxış: 0


Cari il oktyabrın 27–28-də Bakı şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gundemxebertv.com-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (NAZAHA) birgə təşkilatçılığı ilə “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi: Qlobal Təşəbbüs çərçivəsində əldə olunan irəliləyişlər və milli perspektiv” mövzusunda xüsusi sessiya təşkil olunub.

Sessiyada korrupsiyanın ölçülməsi sahəsində mövcud beynəlxalq təcrübə, milli qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də antikorrupsiya siyasətinin nəticələrinin obyektiv meyarlar əsasında müəyyən edilməsi məsələləri müzakirə olunub.

İclasda Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun  “Nazaha”, BMT-nin İnkişaf Proqramının (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), GlobE Şəbəkəsinin və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri çıxış ediblər.

Baş Prokurorluğun nümayəndələri çıxış zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyətinin mütəmadi təhlili, statistik məlumatların və cinayət işlərinin araşdırılması əsasında korrupsiyanı doğuran səbəb və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların verilməsi, habelə antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə mövcud təcrübə barədə məlumat veriblər. Eyni zamanda, 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planının icrası, 2027-2029-cu illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması və korrupsiya risklərinin qiymətləndirilməsi üzrə milli çərçivənin formalaşdırılması istiqamətində görülən işlərə toxunublar.

Bundan başqa, çıxışlarda korrupsiya göstəricilərinin dövlətlərin beynəlxalq nüfuzuna və iqtisadi maraqlarına təsiri nəzərə çatdırılaraq, bu sahədə qiymətləndirmələrin yalnız ictimai qavrayış və rəylərə deyil, etibarlı milli statistikaya, faktiki məlumatlara və elmi əsaslandırılmış metodologiyalara söykənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, korrupsiyanın ölçülməsinin yalnız mövcud vəziyyətin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, həyata keçirilən antikorrupsiya tədbirlərinin real nəticələrinin və institusional dəyişikliklərin qiymətləndirilməsinə xidmət etməli olduğu bildirilib.

Müzakirələrin yekunu olaraq İƏT üzv dövlətləri üçün korrupsiyanın ölçülməsi və antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə tövsiyələr hazırlanıb.

Sənəd üzv dövlətlərdə bu sahədə vahid yanaşmaların formalaşdırılmasını, milli qiymətləndirmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, müvafiq dövlət qurumlarının institusional və analitik imkanlarının gücləndirilməsini, habelə rəqəmsal həllərin tətbiqini təşviq edir.

Bununla yanaşı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digər müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi, İƏT üzv dövlətlərinin beynəlxalq ekspert şəbəkələrində təmsilçiliyinin təşviqi və aidiyyəti beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi nəzərdə tutulur.

Hazırlanmış tövsiyələr korrupsiyaya qarşı mübarizədə sübutlara əsaslanan qərarların qəbul edilməsinə, milli səviyyədə institusional potensialın inkişafına və İƏT çərçivəsində bu sahədə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edildi

    Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı ...

    7-06-2017, 14:08

  • 
  • Baş prokuror onlarla görüşdü

    Baş prokuror onlarla görüşdü ...

    Bu gün, 12:24

  • 
  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tədbir keçirib

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə ...

    18-05-2016, 19:25

  • 
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05

  • 
  • İlham Əliyev: "Beynəlxalq tələblərə uyğun qanunvericilik və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi antikorrupsiya siyasətimizin uğurlarındandır"

    İlham Əliyev: "Beynəlxalq tələblərə uyğun ...

    6-06-2017, 11:50


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (978)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu