GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Polşa baş naziri: Ukrayna sülh planı Avropanın təhlükəsizliyini sarsıtmamalıdır

Polşa baş naziri: Ukrayna sülh planı Avropanın təhlükəsizliyini sarsıtmamalıdır

Tarix: 27-11-2025, 21:03 Bölmə :Ölkə / Dünya Baxış: 46

Ukrayna ilə bağlı heç bir razılaşmanın Polşanın və Avropanın təhlükəsizliyini sarsıtmasına imkan verilməməlidir, əksinə, onu gücləndirməlidir. Bunu Polşanın baş naziri Donald Tusk bu gün - noyabrın 24-də Luandada Aİ-Afrika İttifaqı sammiti çərçivəsində jurnalistlərə bildirib.

ABŞ və Ukrayna bu gün İsveçrədə danışıqları davam etdiriblər. Tərəflər Kiyev və onun avropalı müttəfiqlərinin "Kremlin tələb siyahısı" adlandırdığı ABŞ təklifinə dəyişikliklər barədə razılaşıblar, qarşılıqlı məqbul sülh planı üzərində işləyirlər.

Almaniyanın kansleri Fridrix Merts isə deyib ki, ABŞ prezidenti Donald Tramp ötənhəftəki telefon danışığı zamanı Ukrayna üçün birgə hazırlanacaq sülh planına açıq olduğunu deyib.

"Məhz dünən Cenevrədə Ukrayna, ABŞ və Avropa İttifaqı üzv dövlətləri təmsilçilərinin nail olduğu da budur", – Merts Luandadakı sammit çərçivəsində deyib.

Aİ Şurasının prezidenti Antoniu Koşta isə bildirib ki, sülh danışıqları irəlilədiyi bir vaxtda Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirəcək: "Avropa İttifaqı prezident Zelenskiyə gərəkən bütün diplomatik, hərbi və iqtisadi dəstəyi göstərəcək".

ABŞ: Sülh planı 'Ukraynanı tam qorumaq' üçün yenilənib

Ağ ev bildirir ki, Cenevrədə Kiyevlə danışıqlarda Ukraynadakı müharibəni bitirmək üçün "mənalı proqres" əldə olunub, ölkənin suverenliyini tam qoruyacaq çərçivə "yenilənib və yonulub".

Vaşinqtonun noyabrın 23-də verdiyi bu bəyanatda 28-bəndlik sülh planına hansı dəyişikliklərin olunduğu açıqlanmayıb. Ötən həftə prezident Donald Trampın irəli sürdüyü planı Kiyev tərəfdarları rusiyayönlü deyərək tənqid ediblər.

"Danışıqlar konstruktiv, məqsədyönlü, hörmət əsasında aparılıb, ədalətli və davamlı sülhə ortaq öhdəliyi əks etdirib", – Ağ evin Ukrayna ilə birgə bəyanatında deyilir. Tərəflərin yenilənmiş və cilalanmış sülh çərçivəsi yaratdığı vurğulanır.

Hələlik Trampdan şərh gəlməyib.

Ötən həftə açıqlanmış təklifləri Ukraynanın Avropadakı müttəfiqləri, eləcə də bəzi respublikaçılar daxil olmaqla çoxsaylı ABŞ konqresmenləri də tənqid edib, Kremlin "tələb siyahısı" adlandırıblar.

Ağ ev bildirib ki, Ukrayna nümayəndə heyəti görüşdə bütün əsas narahatlıqlarının – təhlükəsizlik zəmanətləri, uzunmüddətli iqtisadi inkişaf, infrastrukturun qorunması, siyasi suverenliyin ətraflı müzakirə edildiyini təsdiqləyib.

Rubio deyir, Tramp da məmnun qalıb

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edib. Rubio görüşdə "çox böyük irəliləyiş" əldə olunduğunu deyib, müzakirələr haqda Trampa məlumat verdikdə onun məmnun qaldığını bildirib.

Vaşinqton Kiyevə planı tez bir zamanda qəbul etməsi üçün təzyiqini artırırdı. Tramp isə plana qarşı çıxış etdiklərinə görə Ukrayna və Avropa müttəfiqlərinə narazılığını bildirmişdi.

Ukrayna nümayəndə heyətinə rəhbərlik edən, Zelenski administrasiyasının rəhbəri Andrey Yermak jurnalistlərə danışıqlarda "çox yaxşı" irəliləyiş əldə olunduğunu deyib. Onun sözlərinə görə, "Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülhə doğru irəliləyirlər".

Qərbin çoxsaylı agentlikləri adlarını çəkmədiyi mənbələrə xəbər veriblər ki, bu həftənin əvvəlində Zelenski Vaşinqtona gedə, Trampla müzakirələr apara bilər.

"Reuters" bir mənbəyə istinadla 28 -bəndlik planın ən həssas məsələlərinin, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsinin əsas müzakirə olunacağını yazıb.

İlkin plan rəsmən açıqlanmasa da, əsas elementləri sızdırılıb. Şərtlərdə Kiyevdən böyük güzəştlər tələb olunub, çoxu da Kremlin tələblərini əks etdirib – Donbas kimi tanınan Donetsk və Luqansk vilayətlərinin, eləcə də Krımın verilməsi, ordunun sayının azaldılması və sairə.

ABŞ konqresnmenləri və xarici müttəfiqlərin təpkisindən sonra Tramp noyabrın 22-də plana dəyişiklikləri istisna etməyib.

Avropa planı

Almaniyanın "dpa" agentliyinin yazdığına görə, Avropanın planından Ukraynanın ərazi güzəştə getməsi nəzərdə tutulmur. Amma silahlı qüvvə sayı üçün 800 min hərbçi sayı limiti qoyulub. ABŞ-nin təklifində bu say 600 min idi. Ukraynaya güclü təhlükəsizlik qarantiyaları da verilir.

Kiyevin NATO üzvlüyü tamamilə istisna olunmur, Rusiyaya hərbi cinayətlərə görə ümumi amnistiya verilmir. "dpa" bunları mənbələrə istinad etmədən yazır.

Avropa və Afrika liderləri noyabrın 24-də Anqolada iqtisadi sammitdə görüşəcəklər. Ukrayna müharibəsinin əsas mövzu olacağı gözlənilir.

Kreml Cenevrə danışıqlarını şərh etməyib. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacağını, Ukraynada sülh səylərini müzakirə edəcəyini bildirib.


Gundemxeber.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Putinlə görüş ərəfəsi Rusiyaya qarşı sərt danışdı

    Tramp Putinlə görüş ərəfəsi Rusiyaya qarşı sərt ...

    6-07-2017, 14:35

  • 
  • ABŞ Ukraynaya dair sülh planına dəyişikliklər etdi

    ABŞ Ukraynaya dair sülh planına dəyişikliklər etdi ...

    24-11-2025, 10:04

  • 
  • Zelenski: “ABŞ-la danışıqlar intensivləşir – komandalarımız 24/7 işləməyə hazırdır”

    Zelenski: “ABŞ-la danışıqlar intensivləşir – ...

    28-11-2025, 15:37

  • 
  • Peskov bildirib ki, “Ukrayna üçün sülh planı”nda Rusiya Federasiyasına yeni regionların daxil olması nəzərə alınmalıdır.

    Peskov bildirib ki, “Ukrayna üçün sülh planı”nda ...

    28-12-2022, 15:21

  • 
  • Donald Tusk: “Avropa İttifaqı ABŞ-ın Suriyaya hücumunu dəstəkləyir”

    Donald Tusk: “Avropa İttifaqı ABŞ-ın Suriyaya ...

    14-04-2018, 15:54


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu