"Ukrayna üçün sülh planı müzakirələri kontekstində ən çox üç məsələ diskussiya doğurur".
Gundemxeber.com xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında verib.
"Ərazi məsələsi ən mürəkkəb olanıdır. Bərpa üçün maliyyə məsələsi, fikrimcə, avropalı tərəfdaşların iştirakı olmadan asan deyil, çünki pullar Avropadadır. Məncə, bu, çox ədalətli deyil. Bir də təhlükəsizlik zəmanətləri məsələsi çox vacibdir: konkret olaraq ABŞ-dən, və konkret olaraq Avropadan" , - deyə o vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?